AzerGoldAzerGold

Növbə nəzarətçisi / CİL zavodu

Bakı 2 saat əvvəl yerləşdirilib Mənbə
Tam ştat Mühəndislik
Aylıq maaş
Maaş göstərilməyib
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Vakansiyanın təsviri

  • İstehsalatın ən yüksək performansla işləməsini təmin etmək;
  • Əməliyyatın çatışmazlıqlarını və tələblərini təhlil edərək əməliyyata istiqamət vermək;
  • İstehsalatda ola biləcək potensial riskləri qabaqcadan müəyyənləşdirib, onların qarşısını almaq üçün CİL zavodunun müdirinə məlumat vermək;
  • Yanğın, zəhərlənmə, qəza və digər təcili hallarda operatorları yönləndirmək və təxliyə planına rəhbərlik etmək;
  • Tabeliyində olan operatorların fəaliyyətini mütəmadi olaraq qiymətləndirmək və qeydlər aparmaq;
  • Operatorların işinə marağını artırmaq, komanda daxilində əməkdaşlığı gücləndirmək və iş mühitini müsbət saxlamaq;
  • İstehsalat proseslərində yaranmış problemlərin innovativ həllərin tətbiqi imkanlarını izləmək və təklif vermək;
  • Proses dəyişikliklərinə əsasən əməliyyat planını hazırlamaq;
  • Operatorlardan istehsalatın gedişi və ya istehsalata təsir edən hər bir parametr barədə məlumat toplayaraq, müvafiq tədbirlərin görülməsi barədə qərar vermək;
  • Karbon sıyırma və dəyirman dayanma planlamalarına əməl etmək;
  • Öz sahəsində səmərəliliyi artırmaq və ya əməliyyatı təkmilləşdirmək üçün layihələr və layihələrin texniki iqtisadi əsaslandırmalarını hazırlamaq;
  • Bütün mexaniki və elektrik problemlərini izləməklə problemlər barədə aidiyyəti struktur bölməyə məlumat vermək;
  • Mövcud prosedurlara və təlimatlara uyğun olaraq növbə ərzində zavodda aparılan prosesləri səmərəli şəkildə idarə etmək;
  • Texnoloji avadanlıqların iş prinsiplərini başa düşmək və zərurət olduqda operatorları məlumatlandırmaq;
  • İdarəetmə otağının, bütün FMV (Fərdi Mühafizə Vasitələri) materiallarının çatışmazlıqlarına nəzarət etmək və təmin etmək;
  • İstehsalatın düzgün təşkilini və növbəliliyini təmin etmək;
  • Texniki və saf su çənlərinin səviyyəsinə nəzarət etməklə yanaşı, istehsalat və fövqəladə hallar üçün hər zaman kifayət qədər suyun təmin olunmasına nəzarət etmək;

Xüsusi tələblər

  • Məsuliyyət, Əməkdaşlıq, İnnovativlik-öz üzərində çalışma, Dürüstlük, Problem həlletmə bacarığı;
  • Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis dili (arzuolunandır)
  • Microsoft Office proqramlarında işləmək bacarığı;
  • Ali təhsilin (kimya , kimya mühəndisliyi və metallurgiya ixtisaslarında bakalavr təhsilin ) olması tələb olunur.
  • Müvafiq sahə üzrə 1 il iş təcrübəsi
  • Müvafiq sahə üzrə sertifikatın mövcudluğu arzuolunandır

Müraciət üçün (CV): https://careers.azergold.az/vakansiya/novbe-nezaretcisi-cil-zavodu-1

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et