İstehsalat mühasibi
Vəzifə haqqında
Tələblər
Ali təhsil (iqtisadiyyat, idarəetmə və ya müvafiq sahə üzrə);
Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi;
Yüksək səviyyədə kompüter bacarıqları (xüsusilə Logix)
Komandada işləmək bacarığı;
Operativlik, çevik qərarvermə və vaxtdan düzgün istifadə bacarığı;
Azərbaycan dili – sərbəst, rus və ingilis dili bilikləri üstünlükdür.
Əsas vəzifə və öhdəliklər:
Xammal və materialların hərəkətinə nəzarət və uçotunun aparılması;
Anbar və istehsalat məlumatlarının mühasibat uçotu ilə uzlaşdırılması;
Məhsulların maya dəyərinin hesablanmasında iştirak etmək;
İstehsala buraxılan xammal və materialların uçotunu aparmaq;
Hazır məhsulun istehsala qəbul və çıxış əməliyyatlarını rəsmiləşdirmək;
İlkin mühasibat sənədlərinin hazırlanması və düzgünlüyünə nəzarət etmək;
Logix proqramında müvafiq əməliyyatların işlənməsi;
İnventarizasiya proseslərində iştirak etmək və nəticələrin uçotunu aparmaq;
Rəhbərliyin təqdim etdiyi digər mühasibatlıq və hesabat işlərini yerinə yetirmək.
Fərdi keyfiyyət göstəriciləri:
Diqqətlilik və məsuliyyətlilik;
Analitik düşünmə və təhlil bacarığı;
Operativ və nəticə yönümlü olmaq;
Təklif etdiyimiz:
Motivasiyaedici və dəstəkləyici iş mühiti;
Nahar təminatı.
Korporativ nömrə
İş şəraiti
Şöbə: Mühasibatlıq şöbəsi
İş rejimi: 6 günlük. həftəiçi 09:00–18:00 (6cı gün qısa iş günü)
Ünvan: Bakı şəhəri, Binəqədi rayon, Binəqədi qəsəbəsi
Əmək haqqı: Müsahibə əsasında.
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Şirkətimiz 1998-ci ildə təsis edilmişdir. Fəaliyyətimiz "MONOPAK" brendi altında plastik və alüminium qabların, kağız və plastik stəkanların , fast food, tibbi və təmizlik məhsullarının , streç və…