ACA Almond Cake and BakeryAlmond Cake and Bakery

İstehsalat üzrə mühasib

13 saat əvvəl yerləşdirilib Mənbə
Maliyyə
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
7 avqust 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Vəzifə öhdəlikləri:

İstehsalat xərclərinin uçotu

  • Xammal, yarımfabrikat və hazır məhsul üzrə bütün xərclərin dəqiq uçotunu aparmaq.
  • Əməkhaqqı, sosial sığorta və digər istehsal ilə bağlı xərclərin hesabatını hazırlamaq.

Maya dəyərinin hesablanması

  • Məhsulların vahid maya dəyərini hesablamaq.
  • İstehsal mərhələlərinə görə xərclərin bölüşdürülməsini aparmaq.

Anbar və ehtiyatlara nəzarət

  • Anbar qalığı, xammal və hazır məhsulun uçotunu dəqiqliklə aparmaq.
  • Materialların silinməsi və istehsalata buraxılması sənədlərini düzgün tərtib etmək.

Daxili nəzarət və audit

  • İstehsalat prosesində maliyyə intizamına nəzarət etmək.

İş prosesində əməkdaşlıq

  • İstehsalat, anbar, satınalma və maliyyə şöbələri ilə sıx əməkdaşlıq etmək.
  • Rəhbərliyə vaxtında və düzgün məlumat təqdim etmək. 

Tələblər:

  • Cins: Kişi
  • Yaş: 30-45
  • Kompyuter bilikləri: 1C, MS Office(excel,word) proqramları bilməli
  • Nizam-intizamli işində dəqiq və məsuliyyətli
  • Ünsiyyətcil, təşəbbüskar
  • Komandada işləmək bacarığı
  • Analitik zəka,məntiq, müştərilərlə işləmək qabiliyyəti
  • Mükəmməl kommunikasiya qabiliyyəti
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti

Üstünlüklər:

  • E-qaimə, Vergi, DSMF, Statistika və digər dövlət hesabatlarının hazırlanması və təqdim edilməsi
  • Müxabirləşmə üzrə yazışmaları bilmək

İş şəraiti

  • İş qrafiki: 09:00-18:00  6-ci gün saat 9:00 - 14:00
  • Nahar şirkət tərəfindən qarşılanır
  • Əmək haqqı işçinin bilik, bacarıq və peşəkar səriştəsinə uyğun olaraq müəyyən edilir. 

Göstərilən tələblərə cavab verən şəxslərin “İstehsalat üzrə mühasib başlığı qeyd edərək CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Əlaqə nömrəsi : 010-232-92-58  

ACA Almond Cake and Bakery
Almond Cake and Bakery

Oxşar vakansiyalar

Hamısına bax