ASSAN-STP Panel İstehsalatda operator
Vəzifə haqqında
İş şəraiti
İş yeri: Azərbaycan, Sumqayıt
İş qrafiki: 5 günlük – 08:00-16:00 (1-ci növbə), 16:00-00:00 (2-ci növbə)
Şənbə və bazar istirahət günləri
Vəzifə öhdəlikləri:
Xətt işə düşməzdən əvvəl polimer örtüklü polad lövhə rulonlarının düzgün yerləşdirilməsini təmin etmək;
Polimer örtüklü polad lövhənin formaverici valların arasından standartlara uyğun keçməsini təmin etmək;
Süngər və ya bantın sendviç panellərinin yanlarına düzgün vurulmasını təmin etmək;
Nasosların normal təzyiqlə çalışmasına nəzarət etmək;
Xəttin sürətinə nəzarət etmək;
Xammal qarışığı tökülən ucluqdan qarışığın normada tökülməsinə nəzarət etmək;
Ucluğun yuyulması üçün istifadə edilən yuyucu maddə və su qarışığının olduğu çənin səviyyəsinə və təzyiqinə nəzarət etmək;
Press sahəsində divar və ya dam panellərinin hərəkətinə və pressin qaydaya uyğun tənzimlənməsini təmin etmək
Press formaların düzgün yığılmasını təmin etmək;
Sendviç panel istehsal xəttinin iş prinsipi barədə biliklərə sahib olmaq (polimer örtüklü polad lövhə, PUR/PİR, Daş yun);
İstehsal prosesinin müxtəlif mərhələlərində (formalaşdırma, pressləmə, kəsmə və paketləmə) avadanlıqların işinə nəzarət etmək;
İstehsal zamanı texniki parametrlərin (sürət, təzyiq, ölçü standartları və s.) tələblərə uyğunluğunu təmin etmək;
Sifarişlərin və istehsal göstəricilərinin izlənilməsi məqsədilə əsas kompüter biliklərinə malik olmaq.
Namizədə olan tələblər:
Orta və ya orta-ixtisas təhsil;
İstehsalat sahəsində minimum 2 il iş təcrübəsi;
Yeni texnologiyalara öyrənməyə həvəsli;
Dinamik və tələbkar iş mühitində işləməyə hazırlıqlı.
Digər məlumatlar:
Servislə təmin olunma;
Nahar şirkət tərəfindən təmin edilir;
İllik Tibbi sığorta paketi;
Əmək haqqı namizədlərin bilik və bacarıqlarından asılı olaraq razılaşma yolu ilə müəyyən ediləcək.
Əgər yuxarıda göstərilən tələblərə cavab verirsinizsə, vakansiyanın adını qeyd etməklə CV-inizi [email protected] elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.
