ATA Aristokrat Travel AzerbaijanAristokrat Travel Azerbaijan

IT Menecer

2 gün əvvəl yerləşdirilib Mənbə
Qonaqpərvərlik
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
12 avqust 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Güvənli və peşəkar komandamıza texniki baza qura biləcək, rəqəmsal proseslərimizi inkişaf etdirəcək təcrübəli bir IT Menecer axtarırıq.

Yerləşmə yeri: Bakı, Əhməd Rəcəbli 156

İş qrafiki: Tam iş günü

Vəzifə öhdəlikləri

  • Şirkətin IT infrastrukturunun idarə olunması
  • CRM sistemi və digər daxili proqram təminatlarının inzibatı və inkişafı
  • Veb-sayt və rəqəmsal platformaların texniki dəstəyi və yenilənməsi
  • Əməkdaşlar üçün texniki dəstəyin göstərilməsi, süni intellekt bacarıqlarının tətbiqi
  • IT layihələrinin icrasına nəzarət
  • Yeni texnoloji həllərin araşdırılması və tətbiqi

Namizədə tələblər

  • Analoji sahədə minimum 2–3 illik iş təcrübəsi (turizm sektorunda təcrübə üstünlükdür)
  • CRM sistemləri ilə iş təcrübəsi (Base44 və ya oxşar platformalarla tanışlıq üstünlükdür)
  • Proqramlaşdırma dillərindən məlumatlı olmaq
  • Azərbaycan dilində sərbəst, rus və/və ya ingilis dilində normal ünsiyyət bacarığı
  • Yüksək məsuliyyət hissi, detallara qarşı diqqətlilik
  • Komanda ilə işləmə bacarığı, problemləri sürətli və effektiv həll etmə qabiliyyəti

Bizim təkliflər

  • Rəsmiyyət: AR Əmək Məcəlləsinə uyğun əmək müqaviləsi
  • İnkişaf: Karyera yüksəlişi imkanları
  • Qrafik: Normativlərə uyğun iş rejimi
  • Motivasiya: Bilik və bacarıq səviyyəsinə uyğun, qarşılıqlı razılaşma əsasında təyin olunan yüksək əmək haqqı + bonus sistemi
  • Rəhbərlik tərəfindən mütəmadi həvəsləndirici mükafatlar

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Qeyd: Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

ATA Aristokrat Travel Azerbaijan
Aristokrat Travel Azerbaijan

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et