Norm Kapital Xərclərin İdarə Edilməsi üzrə Baş Mütəxəssis
Vəzifə haqqında
Vəzifənin əsas məqsədi:
CAPEX layihələrinin texniki cəhətdən əsaslandırılmış, kommersiya baxımından səmərəli, təhlükəsiz şəkildə icra olunan, düzgün idarə edilən və təsdiq edilmiş büdcə və qrafik çərçivəsində tamamlanmasını təmin etməkdir.
İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km.
Tələblər:
İnşaat, Mexanika, Elektrik, Sənaye mühəndisliyi, Tikintinin idarə edilməsi və ya əlaqəli texniki ixtisas üzrə bakalavr dərəcəsi; magistr dərəcəsi üstünlükdür;
Kapital xərclərin idarə edilməsi, mühəndislik, tikinti və ya sənaye layihələrinin icrası üzrə minimum 5 il, o cümlədən layihə nəzarəti və ya portfel koordinasiyası üzrə ən azı 3 il müstəqil iş təcrübəsi;
Sement, mədənçıxarma, energetika, neft-qaz, istehsalat və ya digər ağır sənaye sahələrində təcrübə üstünlükdür;
PMP, PRINCE2 və ya ekvivalent layihə idarəetməsi üzrə təlimdə iştirak və ya sertifikatın olması üstünlükdür;
Büdcə hazırlanması prosesi, xərclərin hesablanması, proqnozlaşdırma, tenderlərin qiymətləndirilməsi, müqavilə və dəyişikliklərin idarə edilməsi üzrə biliklər;
Excel və PowerPoint üzrə yüksək, MS Project və/və ya Primavera P6 üzrə yaxşı biliklər; ERP, Power BI, AutoCAD/CAD və sənəd idarəetmə sistemləri üzrə təcrübə üstünlükdür;
Yüksək səviyyədə ingilis dili biliyi; türk və/və ya rus dillərində ünsiyyət bacarığının olması üstünlükdür;
Layihə və istehsalat həyata keçirilən sahələrdə, həmçinin planlı təmir dayanmaları fəaliyyətlərində iştirak etməyə və ezamiyyətlərə hazır olmaq.
Tələb olunan kompetensiyalar:
Müştəriyönümlülük
Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
Bütövlük
Yenilikçilik
Əsas vəzifə və öhdəliklər:
CAPEX layihələrinin illik və uzunmüddətli planlaşdırılması, qiymətləndirilməsi, prioritetləşdirilməsi və portfel üzrə koordinasiyasını həyata keçirmək;
Layihələrin texniki və iqtisadi əsaslandırılmasını, investisiya təkliflərinin, büdcə və icra planlarının hazırlanmasını koordinasiya etmək;
Layihələrin büdcə, xərc, pul axını, qrafik və icra göstəricilərinə nəzarət etmək, kənarlaşmaları vaxtında müəyyənləşdirmək;
CAPEX layihələrinin şirkətin təsdiq edilmiş prosedurları, daxili nəzarət və layihə idarəetmə tələblərinə uyğunluğunu təmin etmək;
Tenderlərin hazırlanması və qiymətləndirilməsi, podratçı seçimi, müqavilə və kommersiya proseslərində iştirak etmək;
Layihələrin icrasını, podratçı fəaliyyətini, riskləri, dəyişiklikləri, texniki məsələləri, SƏTƏM və keyfiyyət tələblərini idarə etmək;
Layihə sponsorları, Maliyyə, Satınalma, SƏTƏM, texniki şöbələr və podratçılar arasında effektiv kommunikasiya və koordinasiyanı təmin etmək;
Layihələrin istismara verilməsi, təhvil-təslimi və texniki-kommersiya baxımından bağlanmasını koordinasiya etmək;
CAPEX portfeli üzrə rəhbərliyə büdcə, proqnoz, icra vəziyyəti, risklər və əsas qərarlar barədə dövri hesabatlar təqdim etmək;
CAPEX proseslərinin, hesabatlılığın və layihə idarəetmə alətlərinin davamlı təkmilləşdirilməsinə töhfə vermək.
Biz nə təklif edirik:
Könüllü tibbi sığorta
Servis avtobusu
Şəxsi və peşəkar inkişaf imkanları
İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti
İşçi mükafatlandırma proqramları və timbildinq fəaliyyətləri
Digər imtiyazlar
CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
