Şöbə müdiri (Logistikada Bölüşdürmə/Tamamlama (Allocation/Replenishment) şöbəsinin idarə edilməsi)
19 saat əvvəl yerləşdirilib Mənbə ↗
Kateqoriya Logistika
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
İş Yeri: SCANDİ-AZ RETAİL LLC
Lokasiya: Azerbaijan
Vəzifənin təsviri
- Şöbə müdiri Bölüşdürmə/Tamamlama şöbəsinin gündəlik fəaliyyətinə rəhbərlik edir, şirkət standartlarına və strateji məqsədlərə uyğun olaraq səmərəliliyi, uyğunluğu və davamlı təkmilləşməni təmin edir. Bu vəzifə Paylama Mərkəzinin (PM) müvafiq sahəsi üzrə xidmət keyfiyyəti, əməliyyat səmərəliliyi, xərclərə nəzarət və dayanıqlılıqla bağlı hədəflərə nail olunmasına görə məsuliyyət daşıyır, eyni zamanda təhlükəsizlik, əməkdaşlıq və mükəmməllik mədəniyyətini inkişaf etdirir.
Strategiya və Performansın İdarə Edilməsi
- Şöbə əməliyyatlarının performansını səmərəlilik, xidmət və xərclər baxımından strateji şəkildə planlaşdırmaq, idarə etmək və monitorinq aparmaq.
- Aylıq hesabatlar vasitəsilə Logistikanın maliyyə məqsədlərinə uyğunluğu təmin etməklə şöbənin büdcəsini və xərc səmərəliliyi hədəflərini idarə etmək.
- Məsuliyyət sahəsində və bütövlükdə Logistikada xərclərin optimallaşdırılması imkanlarını müəyyən etmək.
- Davamlı təkmilləşməni təmin etmək üçün şöbənin KPI-larını müəyyən etmək, izləmək və onlar barədə hesabat vermək.
- Əməliyyatları H&M və Sinteks standartlarına və biznes prioritetlərinə uyğunlaşdırmaq.
- Şöbənin planlaşdırılmasını PM-in tutumu ilə, o cümlədən müvafiq hesabatlılıq və mövsümi həcm proqnozlaşdırılması ilə uyğunlaşdırmaq.
- Təchizat zəncirinin proaktiv hazırlığını və məhsulların vaxtında mövcudluğunu təmin etmək üçün qarşıdan gələn kampaniyalar, məhsul təqdimatları və promo dövrləri barədə daim məlumatlı olmaq.
Standartlar, idarəetmə və uyğunluq
- PM-in bütün fəaliyyətlərində Standart Əməliyyat Prosedurlarına (SƏP) riayət olunmasını təmin etmək.
- Şöbə əməkdaşlarının yerli PM iş təlimatlarına davamlı şəkildə əməl etmələrini təmin etmək.
- İnventarizasiya sayımları və müntəzəm auditlər vasitəsilə ehtiyatların dəqiqliyini təmin etmək; uyğunsuzluqlar üzrə araşdırmalara rəhbərlik etmək və qabaqlayıcı tədbirlər müəyyən etmək.
- PM daxilində itkilərin qarşısının alınması sistemini tətbiq etmək və saxlamaq, o cümlədən itkilərin monitorinqi, araşdırma prosedurları və qabaqlayıcı tədbirlər planları.
- Qanunvericiliyə və yerli əmək qaydalarına, o cümlədən sağlamlıq, təhlükəsizlik və insan hüquqları üzrə tələblərə riayət olunmasını təmin etmək.
- PM üzrə SƏTƏM KPI-larını (insident dərəcəsi, təhlükəsizlik təlimlərinin tamamlanması, uyğunluq dərəcəsi) tətbiq etmək və monitorinq aparmaq, kənarlaşmalar üzrə düzəldici tədbirləri təmin etmək.
Əməliyyatlar və proseslərin optimallaşdırılması
- Şöbə işçilərini tutum ehtiyaclarına və proqnozlaşdırılan tələblərə uyğun planlaşdırmaq və idarə etmək.
- Səmərəliliyi və təhlükəsizliyi təmin etmək üçün gündəlik əməliyyatlarda riskləri və problemləri müəyyən etmək və aradan qaldırmaq.
- İnteqrasiyanı və hesabatların dəqiqliyini dəstəkləmək üçün PM sistemləri (WMS/ERP) və çarpaz funksional komandalar (Merçendayzinq, Maliyyə, Satış) arasında dəqiq məlumat axınını təmin etmək.
- Səmərəliliyi və vahid başına düşən xərci yaxşılaşdırmaq üçün davamlı təkmilləşdirmə layihələrinə (planirovkanın optimallaşdırılması, proses axınının yenidən dizaynı, avtomatlaşdırma təşəbbüsləri) rəhbərlik etmək.
- Xidmət səviyyəsi müqavilələrinin yerinə yetirilməsini və xərclərə nəzarəti təmin etmək üçün xidmət təchizatçıları ilə münasibətləri idarə etmək.
İnsanların idarə edilməsi və inkişafı
- Yeni və mövcud işçilərin işə qəbuluna, təliminə və inkişafına nəzarət etmək.
- Performans qiymətləndirmələri aparmaq və anbar işçiləri üçün aydın inkişaf planları müəyyən etmək.
- Gündəlik brifinqlər və müntəzəm geribildirim sessiyaları vasitəsilə təhlükəsizlik, komanda işi və məsuliyyət mədəniyyətini təşviq etmək.
Çarpaz funksional uyğunlaşma və əməkdaşlıq
- PM əməliyyatlarını satış və biznes ehtiyacları ilə uyğunlaşdırmaq üçün digər Logistika şöbələri, Regional Satış və Əməliyyat funksiyaları ilə əməkdaşlıq etmək.
- Tələbin planlaşdırılması və tamamlamanın dəqiqliyi üçün Merçendayzinq və Maliyyə komandaları ilə aydın kommunikasiyanı və əməliyyat uyğunluğunu təmin etmək.
- Geyimlərə qulluq, dayanıqlılıq standartları və NCG (Qeyri-Kommersiya Malları) üzrə uyğunluğu monitorinq etmək.
Sağlamlıq, təhlükəsizlik və mühafizə
- Təhlükəsizlik, hüquqi və ya mühafizə ilə bağlı məsələlərin peşəkar həllinə rəhbərlik etmək.
- Dövri təhlükəsizlik təlimlərinin, yoxlamaların və risk qiymətləndirmələrinin tamamlanmasını və sənədləşdirilməsini təmin etmək.
- PM obyektinin və infrastrukturunun idarə edilməsinə, o cümlədən avadanlıqların texniki xidmətinə, ərazinin saxlanılmasına və infrastruktur ehtiyacları üzrə kapital xərclərinin planlaşdırılmasına töhfə verilməsinə nəzarət etmək.
- İnsident tezliyi göstəricisini (İTG) monitorinq etmək və bütün qeydə alınmış hallar üzrə düzəldici tədbirlər tətbiq etmək.
- Davamlı təlimlər vasitəsilə işçilərin SƏTƏM və fövqəladə hallara reaksiya prosedurları barədə məlumatlılığını artırmaq.
Hesabatlılıq və kommunikasiya
- Performans göstəriciləri barədə dəqiq və vaxtında hesabat vermək.
- Əsas performans göstəricilərini, xərc göstəricilərini və təkmilləşdirmə tədbirlərini ümumiləşdirən aylıq əməliyyat hesabatlarını Anbar müdirinə təqdim etmək.
- Məlumatların və sənədlərin tam şəffaflığı ilə daxili və xarici auditləri dəstəkləmək.
Tələblər
- Ali təhsil
- Minimum 1–3 il insanların idarə edilməsi təcrübəsi
- Nəqliyyat və ya anbar logistikası sahəsində təcrübə
- İngilis dilində danışıq (minimum Pre-Intermediate səviyyəsi)
- Güclü kommunikasiya bacarığı və metodu şəraitə uyğunlaşdırmaq qabiliyyəti
- Yerli PM əməliyyatlarını, xüsusiyyətlərini və imkanlarını mükəmməl anlama
- Vizioner yanaşma ilə daha geniş perspektivə baxmağı təmin edən bütöv baxış
- Başqalarını səlahiyyətləndirməklə əməkdaşlığı, birgə yaradıcılığı və insanların inkişafını təşviq etmək bacarığı
- Dəyişikliyə və mənalı inkişafa müsbət münasibətlə çevik düşüncə tərzi
- Başqalarına qarşı inklüziv və empatik olmaq, eyni zamanda müxtəlifliyi təşviq etmək
- Özünüdərk, başqalarına təsirini və bütün qrupa verdiyin töhfəni anlamaq
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
SR 
Scandi-AZ Retail LLC