Təminat şöbəsi – Aparıcı mütəxəssis
17 saat əvvəl yerləşdirilib Mənbə: jobsearch.az ↗
Kateqoriya Logistika
Vəzifə haqqında
Vəzifə öhdəlikləri:
- İş bölgüsü üzrə öz vəzifələrinin icrası üçün şöbəyə razılaşdırma üçün daxil olan sənədlərə viza verir;
- Şöbənin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təmin edir;
- Şöbənin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili göstərişləri icra edir, o cümlədən şöbənin əməkdaşları arasında aparılmış iş bölgüsü üzrə fəaliyyət göstərir;
- Öz fəaliyyətində qanunvericiliyin tələblərinin pozulmasının qarşısının alınması üzrə tədbirlər görür;
- İş bölgüsü üzrə şöbənin fəaliyyəti nəticəsində yaranmış statistik məlumatların uçotunu aparır;
- Səlahiyyətlərinə aid olan məsələlərlə bağlı konfrans, iclas, seminar və digər tədbirlərdə iştirak edir;
- İş bölgüsü üzrə Agentliyin Aparatının mövcud anbarının mədaxil və məxaricinə cavabdehlik daşıyır;
- İş bölgüsü üzrə Agentliyin balansında və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin istifadəsinə nəzarət edir və bununla bağlı tələb olunan hesabatları hazırlayır;
- İş bölgüsü üzrə Agentliyə malların (işlərin və xidmətlərin) satın alınmasını həyata keçirir;
- İş bölgüsü üzrə Agentlikdə aparılan əmlakın və öhdəliklərin inventarizasiyası ilə bağlı işçi qruplarda iştirak edir və inventarizasiyanın nəticələri ilə bağlı hazırlanmış aktları imzalayır;
- Şöbənin fəaliyyətinin səmərəli şəkildə təşkili ilə bağlı təkliflər verir;
- Öz vəzifələrinin icrası üçün həmin vəzifələrə mütənasib hüquqlardan istifadə edir;
- Vəzifəsi üzrə şöbə müdiri tərəfindən verilən digər tapşırıqları yerinə yetirir;
- Əmək müqaviləsində və şöbənin Əsasnaməsində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir və hüquqları həyata keçirir.
Tələblər:
- Ali təhsil (Maliyyə, mühasibat, iqtisadiyyat, idarəetmə və s. aidiyyəti ixtisasları üzrə)
- Yaş həddi 25-40 aralığı;
- İxtisası üzrə profilinə uyğun 3 ildən az olmayaraq iş təcrübəsi (dövlət satınalmaları üzrə təcrübə mütləqdir)
- Hesabatların və təqdimatların yüksək səviyyədə hazırlanması bacarığına malik olmalıdır.
- İngilis və ya rus dilini yaxşı səviyyədə bilməlidir.
- İqtisadiyyat, maliyyə və mühasibat sahəsi üzrə yüksək səviyyədə biliklərə malik olmalıdır.
- Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanunu və dövlət satınalmaları barədə digər normativ hüquqi sənədlər barədə tam biliklərə malik olmalıdır.
- Dövlət satınalmalarının vahid internet portalında tam işləmə bacarığı olmalıdır (dövlət satınalmaları barədə keçirilmiş təlimlər üzrə əldə olunmuş sertifikatlara üstünlük veriləcəkdir).
- Excel və Word proqramlarında tam işləmək bacarığı olmalıdır.
- Azərbaycan dilində səlis və sərbəst, Agentlik daxili və qurumlar arası məktub yazmaq bacarığı olmalıdır.
Digər:
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma;
- İş yerinin ünvanı: Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 84.
Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini Müraciət et düyməsində qeyd olunan poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Təminat şöbəsi – Aparıcı mütəxəssis) qeyd edin.
Bu vakansiya digər saytlarda da var
Ishly bütün vakansiyaları bir yerə toplayır — hər saytı ayrıca yoxlamağa ehtiyac yoxdur.
Azerbaijan Energy Regulatory Agency
Dövlət idarəetməsi və müdafiə
Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2017-ci il tarixli, 1750 nömrəli Fərmanı ilə Energetika Nazirliyinin tabeliyində yaradılmış publik…