Kart sistemləri şöbəsinin Müştəri platformaları və əməliyyat sabitliyi istiqamətinin Kiçik mütəxəssisi
18 saat əvvəl yerləşdirilib Mənbə ↗
Kateqoriya Maliyyə
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Təsvir
- Kart sistemlər və kənar proqram təminatı ilə bağlı dəstək göstərmək;
- Bankın struktur bölmələrindən daxil olan müraciətlərin araşdırılması, təhlil edilməsi mümkün həlli yollarının tapılması və problemlərin aradan qaldırılmasını təmin etmək;
- Sınaq keçirənlərə test serverlərinin quraşdırılmasında və idarə edilməsində dəstək olmaq;
- Hazırlanma və analiz prosesini tezləşdirmək üçün proqramçılara və məsul sahiblərinə köməklik göstərmək.;
- OS ilə əlaqəli inzibatı tapşırıqları yerinə yetirmək. (Linux/Windows idarəsi);
- Bank Proqramlarına Dəstək İstiqaməti mütəxəssislərin bacarıqlarını təkmilləşdirmək, onlara daxil olan müraciətlərin araşdırılması, təhlil edilməsində kömək edərək sorğunun bağlanma müddətini azaltmaq.
Tələblər
- Təhsil: Kompüter elmi və ya digər müvafiq texniki sahə üzrə Bakalavr təhsili;
- Tələb olunan iş təcrübəsi: Müvafiq sahə üzrə minimum 6 ay iş təcrübəsi;
- Xarici dillər: İngilis dili (danışıq), Rus dili (danışıq);
- Kompüter bilikləri: Linux/Windows, Scripting bacarıqları;
- Başqa tələblər: Komandada və çoxlu tapşırıqlarla işləyə bilmək. Yaxşı analitik bacarıqlar.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Bu vakansiya digər saytlarda da var
Ishly bütün vakansiyaları bir yerə toplayır — hər saytı ayrıca yoxlamağa ehtiyac yoxdur.
PASHA Bank
Maliyyə və sığorta fəaliyyəti
2007-ci ildə yaradılmış PAŞA Bank Azərbaycanın aparıcı korporativ bankıdır. Biz investisiya bankçılığı, ticarətin maliyyələşdirilməsi, aktivlərin idarə edilməsi də daxil olmaqla əsas maliyyə…