Nurgün Şirkətlər qrupu Katibə-referent
Vəzifə haqqında
Nurgun Motors MMC-dan vakansiya: Katibə-referent tələb olunur
Vəzifə öhdəlikləri:
– Daxil və xaric olan sənədlərin qeydiyyatını aparır;
– Telefonlara cavab verir və lazımı ünvanlara istiqamətləndirir;
– Rəhbərliyin qonaqlarını qarşılayır;
– Rəhbərliyə və qonaqlara çay/kofe/su təqdim edir;
– Daxil olan sənədlər və digər məlumatlar barədə rəbərliyi vaxtında məlumatlandırır;
– Baxılmaq üçün rəhbərə təqdim edilmiş məktubları qəbul edir, qəbul edilmiş qərara əsasən onları cavab hazırlanması, yaxud iş prosesində istifadə edilməsi üçün struktur bölmələrinə və ya konkret vəzifəli şəxslərə verir;
– Kargüzarlığı aparır, kompüter vasitəsilə müxtəlif əməliyyatlar yerinə yetirir;
– Rəhbərin tapşırığı ilə məktublar, sorğular və s. sənədlər tərtib edir və məktub müəlliflərinə cavablar hazırlayır;
– Qəbula gələnlərin qəbulunu təşkil edir, işçilərin təklif və xahişlərinə vaxtında baxılmasına kömək edir;
– Rəhbərin iclas və müşavirələrinin keçirilməsini, iclasların ehtiyac olduqda protokollaşdırılmasını təşkil edir;
– Rəhbərin tabeçiliyindəki idarə və bölmələrə onun verdiyi göstərişlərin uçotunu aparır və icra olunmasını nəzarətdə saxlayaraq onların icra vəziyyəti barədə rəhbərə məruzələr edir
– Rəhbərin ayrı-ayrı xidməti tapşırıqlarını icra edir.
Namizədlərə tələblər:
– Təhsil : Ali təhsil;
– İş təcrübəsi : katibə-referent sahəsində Minimum 1 il iş təcrübəsi
– Cins: Xanım namizəd
– Yaş həddi: 25 – 30 arası
– Xoş xarici görünüş
– Azərbaycan dilində səlis danışmalı
– Ofis proqramlarından (Word, Excel, Outlook, İnternet) sərbəst istifadə etməli
– Ofis avadanlıqları ilə işləmək bacarığı (printer, scan, faks)
– İşgüzar münasibət etikasını bilməli
– İşində səliqəli, məsuliyyətli və ünsiyyətcil olmalı
– Təşkilatçılıq bacarığı
– Sənədləşmə işinin aparılması bacarığı
İş şəraiti:
– İş qrafiki: 5 günlük iş həftəsi
– İş vaxtı: 09.00-dan 18.00-kimi
Əmək haqqı:
– Başlanğıc aylıq məvacib 700 manat təşkil edir (Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Katibə-referent” yazaraq [email protected] epoçt ünvanına göndərmələri xahiş olunur.
- Diqqət:
1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
3. Zəng üzərindən müraciətlər qəbul olunmur
4. Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil
