Company Keyfiyyətə Nəzarət Şöbə Rəhbəri
17 saat əvvəl yerləşdirilib Mənbə ↗
Kateqoriya Mühəndislik
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
İş barədə məlumat:
- Şirkətdə tətbiq olunan keyfiyyətə nəzarət sisteminin təşkili, idarə edilməsi və təkmilləşdirilməsi;
- İstehsal proseslərinin keyfiyyət standartlarına və daxili prosedurlara uyğunluğuna nəzarət etmək;
- Xammalın, istehsal prosesinin və hazır məhsulun keyfiyyət göstəricilərinin yoxlanılmasını təşkil etmək;
- Keyfiyyətə nəzarət şöbəsinin əməkdaşlarının işini planlaşdırmaq, koordinasiya etmək və qiymətləndirmək;
- Uyğunsuzluqların səbəblərini araşdırmaq, düzəldici və qabaqlayıcı tədbirlər planını hazırlamaq və icrasına nəzarət etmək;
- Keyfiyyət göstəriciləri üzrə gündəlik, həftəlik və aylıq hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Daxili və xarici auditlərdə iştirak etmək, audit nəticələrinə əsasən fəaliyyət planlarını hazırlamaq;
- ISO 9001, ISO 22000, HACCP, GMP və digər keyfiyyət standartlarının tətbiqinə və davamlı icrasına nəzarət etmək;
- İstehsalat, laboratoriya və digər şöbələrlə koordinasiyalı işləyərək məhsul keyfiyyətinin davamlı inkişafını təmin etmək;
- İşçi heyəti üçün keyfiyyət və qida təhlükəsizliyi sahəsində təlimlərin təşkilində iştirak etmək;
İş şəraiti
- 6 günlük iş rejimi;
- Nahar şirkət tərəfindən təmin edilir;
- Servis mövcüddur;
- Əmək haqqı: Müsahibə əsasında.
Tələblər:
- Qida mühəndisliyi, qida texnologiyası, baytarlıq, biologiya, kimya, kənd təsərrüfatı və ya digər müvafiq sahə üzrə ali təhsil;
- İstehsalat müəssisəsində keyfiyyətə nəzarət sahəsində minimum 5 il, rəhbər vəzifədə isə minimum 2 il iş təcrübəsi;
- ISO 9001, ISO 22000, HACCP, GMP və qida təhlükəsizliyi sistemləri üzrə biliklər;
- Azərbaycan Respublikasının qida təhlükəsizliyi və sanitariya normaları üzrə biliklər;
- Analitik düşünmə, problem həll etmə və qərarvermə bacarığı;
- Güclü liderlik, komanda idarəetməsi və təşkilatçılıq qabiliyyəti;
- MS Office proqramlarında, xüsusilə Excel proqramında sərbəst işləmə bacarığı;
- ERP və ya digər istehsal idarəetmə proqramlarında işləmək bacarığı üstünlükdür;
- Məsuliyyətli, təşəbbüskar, nəticəyönümlü və yüksək ünsiyyət bacarıqlarına malik olmaq.
Əgər bu vəzifəyə uyğun olduğunuzu düşünürsünüzsə, CV-nizi və əlaqə məlumatlarınızı Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin
CO 

Company
Oil and Gas company with an extensive experience in upstream operations, drilling, greenfield and brownfield projects. Looking for enthusiactic, witty partners to collaborate in the journey with…