Keyfiyyətə nəzarət üzrə aparıcı mühəndis
İş rejimi Tam ştat Təcrübə 3–5 il Kateqoriya Mühəndislik
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Vakansiyanın təsviri
- Manual və avtomatlaşdırılmış test proseslərinin planlaşdırılması, təşkili və icrasına rəhbərlik etmək;
- Layihələr üzrə test strategiyası və keyfiyyətə nəzarət yanaşmalarını hazırlamaq;
- Test Plan, Test Strategy və digər QA sənədlərinin hazırlanmasını təmin etmək;
- UI, API və End-to-End testlərinin avtomatlaşdırılmasını həyata keçirmək və inkişaf etdirmək;
- Avtomatlaşdırılmış testlərin CI/CD proseslərinə inteqrasiyasını təmin etmək;
- Test əhatə dairəsinin (Test Coverage) artırılması və test proseslərinin optimallaşdırılması istiqamətində təşəbbüslər göstərmək;
- Manual test ssenarilərinin avtomatlaşdırılması üzrə prioritetləri müəyyən etmək;
- Buraxılışdan əvvəl keyfiyyət risklərini qiymətləndirmək və onların minimuma endirilməsini təmin etmək;
- Aşkarlanmış qüsurlar üzrə kök səbəb analizini (Root Cause Analysis) aparmaq;
- QA metriklərini hazırlamaq və rəhbərliyə müntəzəm hesabatlar təqdim etmək;
- Komanda üzvlərinə metodoloji və texniki dəstək göstərmək, bilik paylaşımını təşkil etmək;
- Yeni test alətləri və texnologiyalarını araşdırmaq və tətbiq etmək;
- Layihə rəhbərləri, analitiklər və proqramçılarla sıx əməkdaşlıq edərək məhsulun keyfiyyətinin təmin olunmasına nəzarət etmək.
Xüsusi tələblər
- İnformasiya texnologiyaları və ya əlaqəli sahə üzrə ali təhsil;
- QA sahəsində minimum 3 il iş təcrübəsi;
- Automation Testing sahəsində minimum 1 il praktiki təcrübə;
- SDLC, STLC və Agile metodologiyaları üzrə dərin biliklər;
- Test strategiyasının hazırlanması və tətbiqi təcrübəsi;
- Java, JavaScript, TypeScript və ya C# proqramlaşdırma dillərindən ən azı biri üzrə praktiki bilik;
- Playwright, Selenium, Cypress və ya analoji test avtomatlaşdırma alətləri ilə işləmə təcrübəsi;
- REST API testlərinin avtomatlaşdırılması üzrə təcrübə;
- SQL üzrə yaxşı biliklər;
- Git və Git Flow ilə işləmə bacarığı;
- Jenkins, GitLab CI, GitHub Actions və ya digər CI/CD platformaları ilə işləmə təcrübəsi;
- Test framework-lərinin qurulması və inkişaf etdirilməsi təcrübəsi;
- Allure Report və ya analoji hesabatlaşdırma alətləri ilə işləmə təcrübəsi üstünlük hesab olunur;
- Docker və konteyner texnologiyaları üzrə baza bilikləri üstünlük hesab olunur;
- Performans testləri (JMeter, k6 və s.) üzrə biliklər üstünlük hesab olunur;
- Analitik düşünmə, qərarvermə və problem həll etmə bacarığı;
- Komandaya metodoloji dəstək və mentorluq bacarığı;
- Güclü yazılı və şifahi ünsiyyət bacarıqları;
- Azərbaycan dilində sərbəst, ingilis dilində texniki sənədlərlə işləyə biləcək səviyyədə bilik.
RMM 
Rəqəmsal Maliyyə Mərkəzi