Keyfiyyətə nəzarət üzrə aparıcı mütəxəssis
Vəzifə haqqında
Təsvir
· Məhsulun tələb olunan normativlərə tam cavab verməsi üçün istehsalat prosesinə nəzarət etmək;
· Keyfiyyətə nəzarət (QC) və keyfiyyət təminatı (QA) üzrə bütün qayda, təlimat və test sənədlərini sıfırdan hazırlamaq və yeniləmək;
· Keyfiyyət sınaqlarını (testlərini) müəyyən edib sənədləşdirmək və onların istehsalatda düzgün tətbiqinə cavabdeh olmaq;
· İstehsalın hər bir mərhələsi üçün texniki şərtləri, standartları və qəbul kriteriyalarını təyin edib, prosesin bu çərçivədə getməsini təmin etmək;
· Məlumatların analizi, istehsalatda ləngimələrin və keyfiyyət boşluqlarının müəyyən edilməsi, həmçinin proseslərin və məhsulların təkmilləşdirilməsi üçün tövsiyələrin verilməsi.
Tələblər
· Keyfiyyətin idarə edilməsi, standartlaşdırma və ya müvafiq mühəndislik sahəsində ali təhsil;
· Oxşar vəzifədə ən azı 3 il real iş təcrübəsi;
· Elektronika sahəsində bilik və təcrübənin olması üstünlükdür;
· "Senior Test Editor Certification" arzuolunandır;
· Müvafiq istehsalat standartları barədə biliklər;
· Yüksək səviyyədə texniki ingilis dili biliyi.
"Zireh" Məhdud Məsuliyyətli Cəmiyyəti " Azərsilah" Qapalı Səhmdar Cəmiyyətinə tabe müəssisə. Qabaqcıl korporativ idarəetmə təcrübəsi tətbiq edilməklə rəqabətə davamlılığının, maliyyə-təsərrüfat…