Agro-West DC (Aqro-Vest DC) Keyfiyyətə nəzarət üzrə mütəxəssis (meyvə-tərəvəz üzrə)
Vəzifə haqqında
Agro-West Retail MMC “Keyfiyyətə nəzarət üzrə mütəxəssis (meyvə-tərəvəz üzrə)” vakansiyasını elan edir.
Vəzifə öhdəlikləri:
Meyvə-tərəvəz məhsullarının standartlarını müəyyən etmək;
Məhsulların qəbuluna, saxlanılmasına və daşınmasına nəzarət etmək;
Uyğunsuzluqları qeydə almaq və müvafiq tədbirlər planlaşdırmaq;
Fəaliyyətə dair sənədlərin hazırlanmasını, izlənilməsini və saxlanılmasını təmin etmək;
Marketlərdən və müştərilərdən daxil olan müraciətləri araşdırmaq və hesabat vermək;
Şirkətin keyfiyyət standartlarına, daxili qaydalarına və qida təhlükəsizliyi tələblərinə əməl etmək.
Rəhbərlik tərəfindən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
Tələblər:
Ali təhsil (Qida mühəndisliyi);
MS Office proqramlarında işləmək bacarığı;
Qida təhlükəsizliyi və gigiyena üzrə qanunvericilik bilikləri;
Meyvə-tərəvəz məhsullarının standartları, saxlanma və daşınma şərtləri üzrə biliklər;
ISO 9001:2015 və ISO 22000:2018 standartları üzrə bilik üstünlükdür;
Şəxsi nəqliyyat vasitəsinin olması üstünlükdür.
İş şəraiti:
Əmək haqqı: 1000 AZN + bonus(400 azn);
İş qrafiki: 6 günlük iş həftəsi;
İş saatları: 18:00–02:00;
Nahar və korporativ nömrə şirkət tərəfindən təmin edilir;
İş yeri: Bakı şəhəri, Meyvəli anbarı.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Keyfiyyətə nəzarət üzrə mütəxəssis (meyvə-tərəvəz üzrə)” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
