ADY Azərbaycan Dəmir YollarıAzərbaycan Dəmir Yolları

Kiçik mühasib (Saatlı rayonu)

Saatli Rayonu 4 saat əvvəl yerləşdirilib Mənbə
Tam ştat 3–5 il Maliyyə
Aylıq maaş
Maaş göstərilməyib
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Təsvir

  • Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirmək;
  • Əsas vəsaitlərin uçotunu aparmaq, mədaxili, yerdəyişməsi və silinməsini sənədləşdirmək, inventarizasiyanın aparılmasında və sənədləşdirilməsində iştirak etmək;
  • Mühasibatlıq sənədlərini 1C mühasib proqramına daxil etmək;
  • Hesabatların hazırlanması üçün sahədən məlumat toplamaq;
  • Ezamiyyə sənədlərini yoxlamaq, qəbul etmək və ezamiyyə xərclərini hesablamaq;
  • Sahənin anbarı üzrə mal-material hesabatlarını qəbul etmək, yoxlamaq və mal-materialların uçotunu aparmaq;
  • Rəhbəri tərəfindən verilmiş tapşırıqları icra etmək.

Tələblər

  • Müvafiq sahə üzrə orta ixtisas təhsili;
  • Müvafiq sahə üzrə təcrübəsinin olması arzu olunandır;
  • Proqram bilikləri: MS Office, 1 C;
  • Azərbaycan Respublikasının Mühasibat uçotu haqqında qanunu və digər qanunvericilik aktları barədə biliklər;
  • Mühasibat hesabının metod və formaları, uçot və hesabatılıq barədə biliklər;
  • Analitik düşəncə, dəqiqlik.
ADY Azərbaycan Dəmir Yolları
Azərbaycan Dəmir Yolları
Nəqliyyat və anbar təsərrüfatı

Azərbaycanda dəmir yolunun təməli hələ 1878-ci ildə qoyulmuş və inşası 20 yanvar 1880-ci ildə başa çatmışdır. O, uzunluğu cəmi 20 km olan Bakı-Sabunçu-Suraxanı dəmir yolundan ibarət olmuşdur. Həmin…

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et