P PayonixPayonix

Komplayens üzrə mütəxəssis

2 gün əvvəl yerləşdirilib Mənbə
Maliyyə
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
12 avqust 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Komandamıza Komplayens üzrə peşəkar mütəxəssis axtarırıq.

Vəzifə öhdəlikləri:

  • BOKT-un fəaliyyətinin qüvvədə olan qanunvericiliyə və daxili qaydalara uyğunluğuna nəzarət etmək; Komplayens risklərini müəyyən etmək, qiymətləndirmək və onların idarə olunması üzrə tədbirlər hazırlamaq;
  • Daxili siyasət, prosedur və təlimatların hazırlanmasında və yenilənməsində iştirak etmək; Müştərilərin eyniləşdirilməsi (KYC) və çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması (AML/CFT) tələblərinə əməl olunmasına nəzarət etmək;
  • MB tərəfindən daxil olan sorğuların cavablandırılması və tələb olunan məlumatların müəyyən edilmiş müddətlərdə təqdim edilməsini koordinasiya etmək;
  • Daxili monitorinqlər aparmaq, pozuntu halları üzrə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Əməkdaşlar üçün komplayens və etik davranış qaydaları üzrə maarifləndirici təlimlər keçirmək;
  • Qanunvericilikdə baş verən dəyişiklikləri izləmək və onların tətbiqi üzrə təkliflər vermək.

Tələblər:

  • Bank, BOKT və ya maliyyə sektorunda komplayens sahəsində minimum 1-2 il iş təcrübəsi;
  • AML/CFT, KYC və komplayens üzrə qanunvericilik və normativ tələblər barədə bilik;
  • Analitik düşüncə, yüksək məsuliyyət və məxfilik prinsiplərinə riayət etmək bacarığı;
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Azərbaycan dilini mükəmməl, ingilis və rus dillərini bilmək üstünlükdür.

Təklif edirik:

  • Rəqabət qabiliyyətli əməkhaqqı;
  • Peşəkar inkişaf və təlim imkanları;
  • Karyera yüksəlişi perspektivi;

İş şəraiti

  • Əmək haqqı: müsahibə əsnasında dəyərləndiriləcək
  • İş rejimi: 09:00-18:00 ( həftədə 5 gün)
  • İş yeri: Malibo Residence

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

P Payonix
Payonix
Maliyyə və sığorta fəaliyyəti

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et