Bakı Metropoliteni Konstruktor
İş rejimi Tam ştat Təcrübə 3–5 il Kateqoriya Mühəndislik
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Vakansiyanın təsviri
Bakı Metropoliteni“ QSC olaraq peşəkar komandamıza qoşulmaq üçün "Bakımetrolayihə" İnstitutunun Tikinti konstruksiyaları və arxitektura şöbəsinə konstruktor axtarırıq!
Bu vəzifədə çalışacaq əməkdaş tikinti konstruksiyaları üzrə layihə sənədlərinin hazırlanması və işlənməsi, texniki çertyojların tərtibi, layihələrin normativ tələblərə uyğun şəkildə icrasının texniki müşayiətinin təmin edilməsi, həmçinin aidiyyəti struktur bölmələri ilə layihələrin koordinasiyasında iştirak edəcək.
- İnşaat konstruksiyalarının layihələndirilməsi;
- Müəllif nəzarətinin həyata keçirilməsi;
- Dəmir-beton və metal konstruksiya cizgilərinin hazırlanması;
- Layihələndirmə işlərində müasir hesablama və təşkilati texnikanı tətbiq etmək;
- Sənaye və mülki obyektlər üçün statik, dinamik və seysmik (zəlzələ) yüklərə görə hesablamaların aparılması;
- Konstruktiv cizgilər əsasında material təsnifatı cədvəllərinin hazırlanması və s.
Xüsusi tələblər
- Ali təhsil (İnşaat mühəndisliyi və ya ona oxşar ixtisaslar üzrə);
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- MS Office proqramlarından istifadə bacarığı;
- AutoCAD, Lira proqram biliyi;
- Tikinti materialları və konstruksiyaların növləri və xüsusiyyətləri üzrə biliklər;
- Diqqətli, məsuliyyətli, təşəbbüskar olmaq, detallara həssas yanaşmaq;
- Dil bilikləri: Azərbaycan dili mükəmməl, rus və ingilis dili üstünlükdür.
BM 

Bakı Metropoliteni