Kontent marketoloq
17 saat əvvəl yerləşdirilib Mənbə ↗
Kateqoriya Marketinq
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Azərbaycan dilində elə yazırsınız ki, sözləriniz diqqət çəkir və satır? Onda bu elan sizin üçündür.
Shukurov Marketing Group komandasına Kontent marketoloq axtarırıq.
Biz bizneslər üçün sistemli marketinq qururuq: target, kontekst reklam, satış qıfı, strategiya və kreativlər. İndi isə kontenti satış alətinə çevirə bilən, sözlə işləməyi bacaran yeni komanda üzvü axtarırıq.
Vəzifə öhdəlikləri:
- Kontent-plan hazırlamaq və ona uyğun kontent yerləşdirmək
- Azərbaycan dilində satış mətnləri, postlar, başlıqlar və reklam mətnləri yazmaq
- Stories, post və Reels üçün mətn və ssenari hazırlamaq
- Mətnləri redaktə etmək və xidmət təsvirləri yazmaq
- Auditoriyanı və onun ehtiyaclarını nəzərə alaraq yeni kontent ideyaları təklif etmək
- Dizayner və marketoloqla birlikdə işləmək, materialların tərtibatına nəzarət etmək
- Tapşırıqları vaxtında təhvil vermək və son tarixlərə əməl etmək
Tələblər:
- Kopiraytinq və ya SMM sahəsində ən azı 2 il təcrübə
- Azərbaycan dilində qüsursuz yazılı ünsiyyət
- Rus dili biliyi üstünlükdür
- SMM-in əsas prinsiplərini başa düşmək
- Kreativ düşüncə və mətni satış alətinə çevirmək bacarığı
- Portfolio / iş nümunələri mütləqdir
- Məsuliyyət, müstəqillik və nəticəyönümlülük
- Yaş və cins fərq etmir - bacarıq önəmlidir
Şərtlər:
- İş formatı: ofisdən
- Bakı
- Qrafik: Bazar ertəsi - Cümə, 10:00-18:00
- Əməkhaqqı namizədin bacarıq və təcrübəsinə əsasən müsahibə zamanı müəyyən olunur
Niyə biz?
- Peşəkar və dəstəkləyici komanda
- Daimi öyrənmə və peşəkar inkişaf mühiti
- Kontent-strateq / istiqamət rəhbəri səviyyəsinə qədər karyera yüksəlişi imkanı
Kimi axtarmırıq:
- Son tarixləri daim gecikdirənləri
- “Unutdum / çatdırmadım / görmədim” deyənləri
- Yalnız daimi nəzarət altında işləyə bilənləri
Necə müraciət etmək olar?
- CV və portfolionuzu Direct-ə və ya Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.
Müraciətinizə Azərbaycan dilində yazdığınız 1 qısa mətn nümunəsi əlavə edin - dil bizim üçün əsas meyardır.
SM 
Shukurov Marketing Group