Supertoys Mobiloqraf (Mobil Video Kontent Yaradıcı)
Vəzifə haqqında
Supertoys komandamıza mobil telefonla yaradıcı, trendə uyğun və satış yönümlü video kontentlər hazırlaya bilən Mobiloqraf axtarırıq.
Vəzifə öhdəlikləri:
Mobil telefon vasitəsilə TikTok, Instagram Reels və digər platformalar üçün video kontentlərin çəkilməsi və hazırlanması;
Gündəlik kontent ideyalarının həyata keçirilməsi;
Məhsulların kreativ və cəlbedici formada təqdim edilməsi;
Trend formatlara uyğun qısa video kontentlərin hazırlanması;
Montaj və video redaktə işlərinin görülməsi;
Video montaj və edit işlərinin təyin olunmuş deadlinelərə uyğun olaraq vaxtında hazırlanması və təhvil verilməsi;
Kontent ideyalarının yaradıcı komandaya təqdim edilməsi;
Kampaniya və endirimlərin video formatda təqdim olunması;
Kontent yaradılmasında süni intellekt alətlərindən istifadə edərək ideya, ssenari və video optimizasiyasını həyata keçirmək.
Tələblər:
Yaş: 18-40
Müvafiq sahədə minimum 1 il təcrübə
Mobil telefonla video çəkiliş bacarığı;
TikTok və Reels trendləri haqqında bilik;
Kreativ düşüncə və kontent ideyası yaratmaq bacarığı;
CapCut və ya oxşar mobil montaj tətbiqlərindən istifadə bacarığı;
AI texnologiyalarından istifadə edərək video montaj və kreativ kontent hazırlama bacarığı
Sürətli işləmə və çevik adaptasiya qabiliyyəti;
Aktiv və enerjili xarakter.
Üstünlüklər:
Şəxsi avadanlığın olması üstünlükdür
Təklif edilən şərtlər:
İş qrafiki: Tam iş günü
AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Karyerada yüksəlmək imkanı
Əmək haqqı: 900 AZN
Bacarıq və təcrübədən asılı olaraq, əməkdaşlıq modeli kontent sayına görə ödəniş formatında da müzakirə oluna bilər.
Müraciət qaydası:
Mövzu hissəsində “Mobiloqraf (Mobil Video Kontent Yaradıcı)” qeyd edərək şəkilli CV-nizi və portfolionuzu [email protected] ünvanına göndərin.
055-220-23-72 (vatsap)

SuperToys.az oyuncaq mağazalar şəbəkəsi hər yaşda olan uşaqlar üçün müxtəlif cür oyuncaqlar və əyləncə vasitələrinin satışını həyata keçirir. Supertoys mağazaları 2017-ci ildən etibarən Azərbaycanda…