SM Consulting MMC Mobiloqraf / Reels Maker
Vəzifə haqqında
İş şəraiti
İş yeri: Bakı, Nərimanov rayonu, Əhməd Rəcəbli 159
İş qrafiki: Part-time
Əmək haqqı: 400 AZN
SM Consulting və SM Business School komandası üçün kreativ düşüncəli, sosial media trendlərini izləyən və kamera qarşısında sərbəst çıxış edə bilən Mobiloqraf / Reels Maker axtarırıq.
Vəzifə öhdəlikləri:
Sosial media üçün reels və qısa video kontentlərin çəkilməsi
Kamera qarşısında çıxış etmək və videolarda danışmaq
Çəkilən videoların montaj və edit prosesinin icrası
Kreativ kontent ideyaları və trendə uyğun video təklifləri vermək
Instagram, TikTok və digər platformalar üçün dinamik və diqqətçəkən videolar hazırlamaq
Trendləri izləmək və kontentlərdə tətbiq etmək
Tələblər:
Mobil çəkiliş və video edit bacarığı
CapCut və ya digər montaj proqramlarında işləmə bacarığı
Reels / TikTok formatını bilmək
Kamera qarşısında rahat və sərbəst olmaq
Kreativ düşüncə və məsuliyyətlilik
Portfolio və ya çəkdiyi iş nümunələrinin təqdim olunması
Üstünlükdür:
Şəxsi çəkiliş avadanlığı və ya keyfiyyətli telefonun olması
SMM sahəsində ilkin biliklər
Süni intellekt alətlərindən istifadə bacarığı
Maraqlanan namizədlər öz CV və portfolio nümunələrini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində: “Mobiloqraf / Reels Maker” qeyd edin.
