Resant GroupResant Group

Kontent Meneceri

3 həftə əvvəl yerləşdirilib Mənbə: azvak.az ↗
Marketinq
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
2 iyul 2026

Vəzifə haqqında

Vəzifə öhdəlikləri:

  • Sosial media platformaları üçün aylıq və həftəlik kontent planlarının hazırlanması

  • Post, video, reels və storilər üçün kreativ ideyaların hazırlanması

  • Dizayner, videoqraf və marketinq komandası ilə koordinasiyalı işləmək

  • Sosial media hesablarının idarə olunması və paylaşımların planlaşdırılması

  • Kontentlərin keyfiyyətinə və brend üslubuna uyğunluğuna nəzarət etmək

  • Trendləri izləmək və yeni kontent ideyaları təklif etmək

  • Reklam kampaniyaları üçün mətnlərin (copywriting) hazırlanması

  • Kontent nəticələrinin təhlili və aylıq hesabatların hazırlanması

  • Foto və video çəkilişlərin təşkili və prosesə nəzarət

Namizədə tələblər:

  • Kontent menecmenti və ya sosial media sahəsində minimum 1 il iş təcrübəsi

  • Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı

  • Instagram, TikTok, Facebook, LinkedIn və digər sosial media platformalarını yaxşı bilmək

  • Kreativ düşüncə və ideya yaratmaq bacarığı

  • Planlama və vaxt idarəetməsi bacarıqları

  • Komandada işləmək və bir neçə layihəni paralel idarə etmək bacarığı

  • Canva, Meta Business Suite və digər planlama alətlərini bilmək üstünlükdür

  • Marketinq və rəqəmsal reklam anlayışlarına sahib olmaq üstünlükdür

Təklif edirik:

  • Əmək haqqı: 1000 AZN

  • Peşəkar və yaradıcı komanda ilə çalışma imkanı

  • Maraqlı layihələr üzərində çalışma fürsəti

CV-nizi [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz.

Məktubun mövzu hissəsində: “Kontent Meneceri” qeyd etməyiniz xahiş olunur.

Resant Group
Resant Group
Mehmanxana və ictimai iaşə xidmətləri

Resant Hotels & Resorts fastest growing hotel company. Our story, Your journey Our company manages a group of preferred family hotels and restaurants on the Absheron peninsula and Sheki city with…

Oxşar vakansiyalar

Hamısına bax