Laboratoriya üzrə Təcrübəçi Laborant
İş rejimi Tam ştat Kateqoriya Mühəndislik
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Vakansiyanın təsviri
- İstehsal olunan məhsulun fiziki - kimyəvi analizləri və orqonoleptik göstəricilərinə nəzarət etmək;
- Xammalın, yarımfabrikatların və hazır məmulatların keyfiyyətinə, onların standartlara və keyfiyyət sertifikatlarına uyğunluğuna nəzarəti təmin etmək;
- Texnoloji prosesin düzgün aparmaq, resepturlara riayət etmək, hazır məhsulun və yarımfabrikatların keyfiyyətinə nəzarət etmək;
- Sınaq avadanlıqlarının və ölçmə vasitələrinin vəziyyətinə, vaxtında yoxlanmasına və attestasiyadan keçirilməsinə, onların xidmət və təmirinə nəzarəti təmin etmək;
- Sınaqların nəticələrini, düzgünlüyünü, obyektivliyini və tələb olunan dəqiqliyini təmin etmək;
- Laboratoriyada olan sınaq avadanlıqlarından, cihazlarından və ölçmə texnikasından təlimata uyğun istifadə etmək;
- Xammalın, yarım fabrikatların, hazır məhsulun sınaqları və keyfiyyəti haqqında rəhbərliyə məlumat vermək;
- Xammallardan, köməkçi materiallardan və hazır məhsullardan normativ sənədlərin tələblərinə uyğun olaraq nümunə götürmək;
- Laboratoriya otaqlarını sanitariya qayda və normalarına, əməyin təhlükəsizliyi tələblərinə və yanğın təhlükəsizliyi qaydalarına uyğun vəziyyətdə saxlamaq.
Xüsusi tələblər
- Ali təhsil (Kimya, Qida Mühəndisliyi, Kimya Mühəndisliyi,Biologiya);
- Dil bilikləri: Azərbaycan dili
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Ümumi, üzvi və analitik kimyanın əsaslarını bilmək.
İş şəraiti:
- İş yeri: Xırdalan şəhəri
- 5 günlük iş qrafiki
A+CO ASC
Maliyyə və sığorta fəaliyyəti
2006-cı ildən fəaliyyətinə başlamış “Xırdalan Şərab” bazara “Qızıl Qaya”, “Kaqor”, “Qara Üzüm” şərabları ilə və “Şirvan”, “Yubiley” konyakları ilə qədəm qoymuşdur. 2008-ci ildən isə şirkət…