Sinteks Group of CompaniesSinteks Group of Companies

Layihələrin idarə edilməsi üzrə mütəxəssis

Bakı 16 saat əvvəl yerləşdirilib Mənbə
Tam ştat 1–3 il Dizayn
Aylıq maaş
Maaş göstərilməyib
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Vakansiyanın təsviri

  • Bu vəzifənin rolu əlaqələrin qurulmasından işin başa çatmasına qədər, o cümlədən layihənin planlaşdırılması, koordinasiyası və tenderin təşkili, müqavilə üzrə danışıqlar, şərtlərin müzakirəsi, investisiya büdcəsinin hazırlanması, təchizatçılara və s. layihələrin yerinə yetirilməsinə və inşaat işlərinin layihənin dizaynına uyğun keyfiyyətli şəkildə aparılmasını təmin etmək.
  • Yeni layihənin icrası, onun detallı şəkildə planlaşdırılması və partyorlardan dizayn proyektin alınmasını təşkil etməlidir
  • Dizayn proyekti aldığdan sonra tikinti, mebel və bundan əlavə proyektdə istifadə olunan bütün materiallar üzrə tender prosesini təşkil etməli, materialların alınmasını təmin etməli və investisiya büdcəsini hazırlamalıdır
  • Kontraktorlar müəyyən edildikdən sonra onlarla müqavilələri bağlamalı və layihənin dizayn proyektə uyğun olaraq icrasını təmin etməlidir
  • Bütün işlər bitdikdən sonra layihəni düzgün şəkildə təhvil verməlidir

Xüsusi tələblər

  • Layihələrin idarə edilməsi, satınalma və təchizat zənciri prosesləri üzrə praktiki biliklər. Bu tələb CV-də layihə planlaşdırılması/koordinasiyası, tenderlərin təşkili, satınalma, təchizatçı və kontraktorlarla koordinasiya, müqavilə danışıqları, investisiya büdcəsinin hazırlanması və/və ya layihənin təhvil verilməsi üzrə iş təcrübəsi göstərildikdə qarşılanmış hesab edilir.
  • MS Office proqramlarında, xüsusilə Excel, PowerPoint və layihə idarəetmə alətlərində işləmək bacarığı
  • İngilis dili biliyi: B1 (intermediate) və daha yüksək səviyyəsi.
Təhsil:
  • İqtisadiyyat, biznesin idarə edilməsi, layihələrin idarə edilməsi, satınalma, təchizat zənciri və ya əlaqəli sahə üzrə təhsil.
  • Layihələrin idarə edilməsi (PMP), satınalma, təchizat zənciri, tender və ya müqavilə idarəetməsi üzrə müvafiq sertifikat üstünlükdür.
İş təcrübəsi:
  • Layihələrin idarə edilməsi, layihə koordinasiyası, satınalma, təchizat zənciri və/və ya tender proseslərinin təşkili sahəsində ən azı 1 il iş təcrübəsi.
Professional bacarıq və kompetensiyalar:
  • Biznes ünsiyyət
  • Danışıqlar aparmaq bacarığı
  • Zamanın idarə olunması
  • Tədqiqat bacarıqları
  • Analitik bacarıqlar
  • Nəticə yönümlülük
  • Proaktiv düşüncə
  • Problemin həlli

Müraciət etmək üçün: [email protected]
Sinteks Group of Companies
Sinteks Group of Companies
Topdansatış və pərakəndə ticarət

Sinteks Şirkətlər Qrupu Qafqaz və Mərkəzi Asiya regionunda moda üzrə aparıcı pərakəndə satış qruplarından biridir. Şirkət premium, orta-yuxarı və kütləvi bazar seqmentlərini əhatə edən 100-dən çox…

Oxşar vakansiyalar

Hamısına bax