F Flexline MMCFlexline MMC

Learning Specialist (Təlim üzrə Mütəxəssis)

18 saat əvvəl yerləşdirilib Mənbə
Təhsil
Aylıq maaş
₼1,000+
Son müraciət tarixi
9 avqust 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

İş yeri: Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti (Üç tac)(Flexline)

Namizədə tələblər:

  • Yaş həddi: 25–40 yaş
  • Ali təhsil (mütləq);
  • Təlim, insan resursları və ya əlaqəli sahədə minimum 2 il iş təcrübəsi;
  • MS Office proqramlarını, xüsusilə MS Excel proqramını yaxşı səviyyədə bilmək;
  • Azərbaycan dilini səlis, rus və ya ingilis dillərindən ən azı birini yaxşı səviyyədə bilmək;
  • Təlim və inkişaf sahəsi üzrə sertifikatların olması üstünlükdür;
  • Güclü təqdimat, ünsiyyət və təşkilatçılıq bacarıqları;
  • Analitik düşünmə, təşəbbüskarlıq və nəticəyönümlülük.

Vəzifə öhdəlikləri:

  • Şirkətin bütün struktur bölmələri üzrə təlim ehtiyaclarını müəyyən etmək və təhlil etmək;
  • Təlim proqramlarını hazırlamaq, planlaşdırmaq və həyata keçirmək;
  • Müxtəlif şöbələrin əməkdaşları üçün peşəkar və inkişafyönümlü təlimlərin təşkili və keçirilməsi;
  • Təlim materiallarını hazırlamaq və mütəmadi olaraq yeniləmək;
  • Təlimlərin effektivliyini qiymətləndirmək, hesabatlar hazırlamaq və inkişaf təklifləri vermək;
  • Əməkdaşların peşəkar inkişaf prosesini izləmək və dəstəkləmək;
  • Yeni işə qəbul olunan əməkdaşların adaptasiya (onboarding) təlim prosesində iştirak etmək.

Şirkət tərəfindən təklif olunur:

  • 1 000 AZN (net) əmək haqqı;
  • Peşəkar təlim və inkişaf imkanları;
  • Karyera yüksəlişi perspektivi;
  • Premium idman zalından istifadə imkanı;
  • Korporativ və inkişafyönümlü iş mühiti.

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Təlim üzrə Mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

F Flexline MMC
Flexline MMC

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et