NBCO KredAqroNBCO KredAqro

Təlim və İnkişaf Meneceri

14 saat əvvəl yerləşdirilib Mənbə
Müştəri xidməti
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
31 iyul 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Vəzifə Öhdəlikləri  

Təlim Proqramlarının Hazırlanması və İdarə Edilməsi

  • Müştəri Dəstəyi Departamentinin ehtiyaclarına uyğun softhard bacarıqlar üzrə təlim proqramlarının hazırlanması və tətbiqi
  • Müştəri xidməti, şikayətlərin idarə edilməsi və digər kritik mövzular üzrə tədris materiallarının hazırlanması
  • Yeni işçilərin adaptasiyası üçün onboarding proqramlarının yaradılması və idarə edilməsi
  • Strukturlaşdırılmış və daim yenilənən məlumat bazasının (knowledge base) yaradılması və idarə edilməsi

Soft və Hard Skills Təlimlərinin Keçirilməsi

Soft skills (yumşaq bacarıqlar) təlimləri:

  • Ünsiyyət və dinləmə bacarıqları
  • Müştəri məmnuniyyətinin artırılması və xidmət keyfiyyəti
  • Stres və münaqişə idarəetməsi
  • Kritik düşüncə və problem həll etmə bacarıqları
  • Komanda işi və liderlik bacarıqları

Hard skills (texniki bacarıqlar) təlimləri:

  • Şirkətin sistem və proqramları üzrə texniki təlimlər
  • Şirkətin daxili məhsul və prosesləri üzrə təlimlər
  • Yeni sistem və funksionallıqlar üzrə adaptasiya təlimlərinin təşkili

Təlimlərin Effektivliyinin Ölçülməsi və İzlənməsi

  • Təlimlərin effektivliyini qiymətləndirmək üçün sorğular, testlər və digər ölçmə alətləri vasitəsilə geri dönüşlərin toplanması
  • Əməkdaşların performans göstəricilərinin (KPI-lar: CSAT, AHT, FCR, keyfiyyət skorları və s.) izlənməsi və təhlili
  • Təlimlərin biznes nəticələrinə təsirinin analiz edilməsi və müvafiq hesabatların hazırlanması

Təlim Materiallarının İnkişafı və Rəqəmsallaşdırılması

  • Təlim proseslərinin müasir və innovativ yanaşmalar əsasında optimallaşdırılması
  • Video dərslər, interaktiv təqdimatlar və onlayn təlim modullarının hazırlanması
  • Təlim kontentinin davamlı olaraq yenilənməsi və təkmilləşdirilməsi

Təhsil və İş Təcrübəsi:

  • Ali təhsil 
  • Ən azı 2-4 il Müştəri Xidmətləri sahəsində təlim və inkişaf üzrə iş təcrübəsi
  • Təlim proqramlarının hazırlanması, həyata keçirilməsi və qiymətləndirilməsi sahəsində təcrübə

Şəxsi Keyfiyyətlər və Bacarıqlar:

  • Güclü pedaqoji bacarıqlar və mentorluq qabiliyyəti
  • Yüksək səviyyədə ünsiyyət, təqdimat və inandırma bacarıqları
  • Analitik düşüncə və problem həll etmə bacarığı
  • Müasir təlim metodologiyaları və yetkinlik əsaslı inkişaf alətləri haqqında biliklər
  • Müxtəlif səviyyəli əməkdaşlarla effektiv ünsiyyət qurmaq və motivasiya etmək bacarığı
  • Çevik və adaptiv yanaşma, dəyişikliklərə tez uyğunlaşma qabiliyyəti

Dil Bilikləri:

  • Azərbaycan dili – mükəmməl səviyyədə
  • Rus dili – əla

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

NBCO KredAqro
NBCO KredAqro
Maliyyə və sığorta fəaliyyəti

KredAqro, 2000-ci ildə ABŞ –ın Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycanda Kənd Təsərrüfatının Kreditləşdirilməsi Layihəsi çərçivəsində Azərbaycanın doqquz regionunda sahibkarlara maliyyə…

Oxşar vakansiyalar

Hamısına bax