Retems Logistics LLC Logistika üzrə mütəxəssis
Vəzifə haqqında
Əmək haqqı: 1000-1500 manat
Tələblər:
Ali təhsil (Logistika, Təchizat zənciri, Biznesin idarə edilməsi və ya uyğun ixtisas üzrə);
Logistika sahəsində minimum 2-3 il iş təcrübəsi;
Azərbaycan və İngilis dillərində sərbəst şifahi və yazılı ünsiyyət bacarığı;
Logistika sənədləri və beynəlxalq daşınma prosesləri üzrə biliklər;
Analitik düşünmə və problemlərin operativ həlli bacarığı;
Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;
Yaş həddi: 25 - 35;
Vəzifələr:
Təchizat və logistika proseslərinin planlaşdırılması və idarə olunması;
Yüklərin vaxtında yüklənməsi, daşınması və çatdırılmasına nəzarət etmək;
Yüklərin statusunu mütəmadi izləmək və müvafiq tərəfləri məlumatlandırmaq;
Daşıyıcı şirkətlərlə müqavilələrin hazırlanması və icrasına nəzarət etmək;
Satınalma sifarişləri, tender sənədləri, təkliflər və digər logistika sənədlərinin hazırlanması;
Rəsmi məktubların hazırlanması və dövlət qurumları, tərəfdaşlar və təchizatçılarla yazışmaların aparılması;
Təchizatçı və müştəri məlumat bazasının yenilənməsi və idarə olunması;
Logistika prosesləri üzrə hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsi;
İş şəraiti:
Azərbaycan Respublikası əmək məcəlləsinə əsasən sənədləşmə;
İş qrafiki: bazar ertəsi - cümə; iş saatı: 09:00 - 18:00;
İş yeri ünvanı: Dəmirçi Plaza
Müraciət etmək istəyən namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına mövzu hissəsinə “Logistika üzrə mütəxəssis” qeyd edərək göndərə bilərlər.
