APS A Plus Supermarketlər şəbəkəsiA Plus Supermarketlər şəbəkəsi

Mağaza Müdiri

21 saat əvvəl yerləşdirilib Mənbə
Müştəri xidməti
Aylıq maaş
₼1,800+
Son müraciət tarixi
16 avqust 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

A Plus Supermarketlər şəbəkəsinə “Mağaza Müdiri” axtarırıq.

Namizədə tələblər:

  • Komanda ilə işləmə və heyəti idarəetmə bacarığı;
  • Yüksək işgüzar davranış və etik qaydalara əməl etmək;
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Yaş aralığı: 28–45 yaş.

Vəzifə öhdəlikləri:

  • Mağazanın xərclərini, stokunu və sifarişlərini düzgün idarə etmək;
  • Satış hədəflərinə çatmaq üçün proseslərin optimallaşdırılmasını təmin etmək;
  • Satış komandasını motivasiya edərək müştəri məmnuniyyətini artırmaq;
  • Rəqib mağazalar üzrə qiymət və məhsul araşdırmaları aparmaq, rəhbərliyə təkliflər vermək;
  • Əməkdaşların təklif və şikayətlərini dinləmək, uyğun tədbirlər görmək;
  • Müştərilərlə nəzakətli ünsiyyət və məhsul haqqında məlumatlandırmanı təmin etmək;
  • Mağazanın, anbarın təmizliyi, vitrin səliqəsi və məhsul yoxlanışına nəzarət;
  • Avadanlıqların (soyuducu, tərəzi və s.) işlək vəziyyətdə saxlanmasını təmin etmək;
  • Qaytarılacaq malların vaxtında firmalara təhvil verilməsinə nəzarət;
  • Mağaza inventarizasiyalarında iştirak və inventar məsuliyyəti;
  • Sənədlərin düzgün toplanması, qorunması və mərkəzə vaxtında çatdırılması.

İş şərtləri:

  • Əmək haqqı: Fix əmək haqqı + bonus (Ortalama 1800–2000 AZN)
  • Nahar: Şirkət tərəfindən təmin edilir
  • İş vaxtı: 08:00 – 17:00
  • İş qrafiki: 6 günlük (1 dəfə istirahət)

Maraqlanan şəxsıər öz CV formalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər (məktubun mövzu bölməsində “Mağaza Müdiri” qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır). Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

APS A Plus Supermarketlər şəbəkəsi
A Plus Supermarketlər şəbəkəsi

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et