CompanyCompany

Maliyyə Direktoru

15 saat əvvəl yerləşdirilib Mənbə
Maliyyə
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
2 avqust 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Peşəkar, strateji düşüncəyə malik və nəticəyönümlü Maliyyə Direktoru axtarılır.

Əsas vəzifə öhdəlikləri

  • Şirkətin maliyyə strategiyasını hazırlamaq və icrasını təmin etmək;
  • Büdcələşdirmə, maliyyə planlaşdırılması, proqnozlaşdırma və xərclərin optimallaşdırılmasına rəhbərlik etmək;
  • Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanmasına və təhlilinə nəzarət etmək;
  • Rəhbərliyə maliyyə göstəriciləri və risklərlə bağlı strateji tövsiyələr vermək;
  • Maliyyə risklərini idarə etmək;
  • Vergi, audit və digər qurumlarla əməkdaşlığı koordinasiya etmək;
  • Daxili maliyyə siyasət və prosedurlarını hazırlamaq və tətbiqini təmin etmək;
  • Banklar, investorlar və digər maliyyə tərəfdaşları ilə münasibətləri idarə etmək;
  • Maliyyə komandasına rəhbərlik etmək və inkişafını təmin etmək.

Namizədə tələblər

  • Ali təhsil (maliyyə, iqtisadiyyat və ya əlaqəli sahə), MBA üstünlükdür;
  • Rəhbər vəzifədə minimum 5 il iş təcrübəsi;
  • CIMA, ACCA/FCCA, CFA və ya CPA sertifikatları üstünlükdür;
  • IFRS və maliyyə idarəetməsi üzrə dərin bilik;
  • ERP sistemləri ilə (SAP) iş təcrübəsi üstünlükdür;
  • Azərbaycan, ingilis və rus dillərini bilmək;
  • Güclü liderlik, analitik düşüncə və qərarvermə bacarığı;
  • Ezamiyyətlərə və intensiv iş rejiminə uyğunluq.

İş şəraiti

  • 5 günlük iş həftəsi;
  • İstirahət günü: Bazar;

Biz nə təklif edirik?

  • Rəqabətli əmək haqqı;
  • Bonus sistemi;
  • Peşəkar inkişaf və təlim imkanları;
  • Şəhərin mərkəzində müasir ofis;
  • Peşəkar və dinamik komandada çalışma imkanı.

Maraqlanan namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Company
Company

Oil and Gas company with an extensive experience in upstream operations, drilling, greenfield and brownfield projects. Looking for enthusiactic, witty partners to collaborate in the journey with…

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et