AHY "Azərbaycan Hava Yolları" QSC"Azərbaycan Hava Yolları" QSC

Maliyyə və Mühasibat Uçotu İdarəsi/Mühasib

Bakı 1 saat əvvəl yerləşdirilib Mənbə
Tam ştat Maliyyə
Aylıq maaş
Maaş göstərilməyib
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Təsvir

  • Təsərrüfat əməliyyatlarını təsdiq edən ilkin sənədlərin (müqavilə, hesab-faktura, qaimə, təhvil-təslim aktı və s.) qəbul edilməsi, yoxlanılması və təsdiq olunması;
  • Təsərrüfat əməliyyatlarının müvafiq mühasibat hesablarında düzgün əks etdirilməsinin təmin edilməsi;
  • Əsas vəsaitlərin uçota alınması, amortizasiyanın hesablanması və silinməsi proseslərinin icra olunması;
  • Debitor və kreditor borclarının düzgün tanınması və uçotda əks etdirilməsi;
  • Qısamüddətli və uzunmüddətli öhdəliklərin uçotunun aparılması;
  • Bank hesabları üzrə əməliyyatların gündəlik izlənilməsi və uçota alınması;
  • Mühasibat uçotu sahəsində normativ-hüquqi aktların izlənilməsi və tətbiqinin təmin edilməsi;
  • Audit və yoxlamalar zamanı tələb olunan sənədlərin operativ şəkildə təqdim edilməsi;
  • Mühasibat proqramlarında (1C, ERP sistemləri və s.) sərbəst işləmək bacarığı.


Tələblər

  • Təhsil: Ali Təhsil (Maliyyə/ Mühasibat uçotu/ İqtisadiyyat sahələri üzrə);
  • Dil bilikləri: Azərbaycan dili – səlis; İngilis dili – yaxşı;
  • Proqram bilikləri: Word, Excel, Outlook, PowerPoint – yaxşı səviyyədə bilmək;
  • Sahə üzrə iş təcrübəsi minimum 2 il;
  • ACCA (F3, F7) sertifikatlarına sahib olmaq mütləqdir;
  • Analitik təhlil etmə bacarığı;
  • Problemi həll etmə bacarığı;
  • Komandada işləmək bacarığı.

 

 

İş qrafiki: 5 günlük

İş yeri: Park Azure, Yeni Həyat (Xətai ry.)

AHY "Azərbaycan Hava Yolları" QSC
"Azərbaycan Hava Yolları" QSC

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti ölkənin mülki aviasiyası üzrə aparıcı qurumudur. Cəmiyyətin fəaliyyət istiqamətlərinə strateji planlaşdırma, beynəlxalq təhlükəsizlik və keyfiyyət…

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et