FLFintech Lab MMC

Məktublar şöbəsinin kiçik mütəxəssisi

21 saat əvvəl yerləşdirilib Mənbə
İnsan resursları
Aylıq maaş
₼400+
Son müraciət tarixi
8 avqust 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Vəzifə öhdəlikləri: 

  • Şirkət daxilində xarici qurumlara rəsmi yazışmaların (məktubların) göndərilməsi;
  • Daxil olan məktubların qeydiyyatı, çeşidlənməsi və aidiyyəti üzrə yönləndirilməsi;
  • Elektron və fiziki sənəd dövriyyəsinin idarə olunması;
  • Sənədlərin arxivləşdirilməsi və sistemləşdirilməsi;
  • Rəhbərliyin tapşırıqlarına uyğun olaraq hesabatların hazırlanması;
  • Müvafiq proqram təminatına sənədlərin yüklənməsi və izlənməsi.

Tələblər:

  • Struktur bölmənin fəaliyyətinin yönümü üzrə ali təhsil (İqtisadiyyat, Maliyyə,Hüquq);
  • Müvafiq sahə üzrə təcrübə tələb olunmur;
  • MS Office proqramlarında (xüsusilə Word, Excel) işləmək bacarığı;
  • Effektiv ünsiyyət bacarığı və komanda daxilində işləmək bacarığı;
  • Səlis və düzgün yazı qabiliyyəti;
  • Dəqiqlik, detallara fikir vermək qabiliyyəti;
  • Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, rus dili biliyi üstünlükdür;
  • Xanım namizədlərə üstünlük verilir.

İş barədə məlumat:

  • Əmək haqqı: 400 AZN+bonus
  • İş yeri: Nərimanov Rayonu, Fəxrəddin Musayaev 1/8. Adora plaza 6cı mərtəbə.
  • Komfortlu ofis şəraiti, müasir tələblərə uyğun idarəetmə sistemi, mehriban komanda
  • 5 günlük iş qrafiki: I-V-ci günlər 09:00-18:00.

CV-lərinizi “Məktublar şöbəsinin kiçik mütəxəssisi” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Qeyd: Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər ilə əlaqə saxlanılır 

FL
Fintech Lab MMC

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et