NBCO KredAqroNBCO KredAqro

Məlumat Mərkəzi üzrə Operator

13 saat əvvəl yerləşdirilib Mənbə
Müştəri xidməti
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
31 iyul 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC Məlumat Mərkəzi üzrə Operator vəzifəsinə işçi axtarışı elan edir.

Əsas vəzifələr

  • Gələn zəngləri qəbul etmək, çıxış zənglərini həyata keçirmək (konsultasiyalar, məlumat dəqiqləşdirmə, geribildirim);
  • Müştərilərlə chat və e-mail vasitəsilə ünsiyyət qurmaq;
  • Şirkət məhsulları və xidmətləri barədə müştərilərə məsləhət vermək;
  • Müraciətləri CRM sistemində qeyd etmək;
  • Çətin sorğuları müvafiq şöbələrə yönəltmək;
  • Müştəri xidməti standartlarına və daxili SLA-lara riayət etmək.

Tələblər

  • Düzgün nitq (şifahi və yazılı);
  • Məlumat mərkəzi, müştəri xidməti və ya satış sahəsində təcrübə arzuolunandır, lakin mütləq deyil;
  • Kompüter bacarığı və onlayn ünsiyyətlə işləmək bacarığı;
  • Dinləmə bacarığı, səbirli olmaq, müştərilərə və komandaya müsbət münasibət.

Təklif edirik

  • Sabit əməkhaqqı + keyfiyyət və effektivlik üçün bonus;
  • İş qrafiki: 2 növbəli 09:00 - 21:00 / 21:00 – 09:00 (2 gün iş, 2 gün istirahət günü);
  • Təlim, mentor dəstəyi;
  • Müasir alətlər və aydın iş prosesləri;
  • Karyera yüksəlişi perspektivi: operator → baş operator → qrup rəhbəri → növbə rəhbəri.

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına Subject/Mövzu hissəsində Operator qeyd etməklə göndərmələri xahiş olunur. 

NBCO KredAqro
NBCO KredAqro
Maliyyə və sığorta fəaliyyəti

KredAqro, 2000-ci ildə ABŞ –ın Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycanda Kənd Təsərrüfatının Kreditləşdirilməsi Layihəsi çərçivəsində Azərbaycanın doqquz regionunda sahibkarlara maliyyə…

Oxşar vakansiyalar

Hamısına bax