Məlumatların daxil edilməsi üzrə administrator
21 saat əvvəl yerləşdirilib Mənbə ↗
Kateqoriya Qonaqpərvərlik
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
İş Yeri: Sinteks LLC
Lokasiya: Bakı, Azərbaycan
Vəzifənin təsviri
- Məlumatların daxil edilməsi üzrə administrator təchizatçıdan alınacaq məhsulların alış sənədlərinin hazırlanmasına, qəbul olunan məhsullar üzrə məlumatların verilənlər bazasına daxil edilməsinə, gündəlik satış hesabatlarının hazırlanmasına cavabdehdir.
Öhdəliklər:
Sifariş sənədlərinin hazırlanması
- Təchizatçıdan alınacaq məhsulların qiymət və markup təyini prosesində iştirak edir.
- Alınacaq məhsullar üzrə ERP/1C bazasında sifariş sənədini hazırlayır.
- Sifariş sənədi əsasında ödəniş sənədini hazırlayır.
- Ödəniş üçün rəhbərlikdən təsdiq alır. Təsdiq alındıqdan sonra ödənişin həyata keçirilməsi üçün Maliyyə şöbəsinə müraciət edir.
- Təchizatçılara sifarişlərin barkod və qiymət məlumatlarını özündə əks etdirən sənədləri göndərir.
Qəbul sənədinin hazırlanması
- Məhsulların Mərkəzi anbarda qəbulu üzrə sənədləri hazırlayır.
- Məhsulların anbara çatdırılması barədə bildiriş göndərir.
- Artıq, əskik və ya qüsurlu məhsullar barədə Mərkəzi anbardan məlumat alır.
- Əskik və ya istehsal qüsurlu məhsullar olduqda kredit-notun alınması üçün təchizatçıya müraciət edir.
- Daşınma zamanı zədələnmiş məhsullar olduqda kredit-notun alınması üçün daşıma şirkətinə müraciət edir.
Qiymət və valyuta məlumatlarının idarə edilməsi
- Qiymət artımları və valyuta məzənnələri üzrə məlumatları verilənlər bazasına daxil edir.
Daşınma və ödəniş proseslərinə nəzarət
- Daşınmaların və ödənişlərin vaxtında icra olunmasını izləyir və yoxlayır.
Xüsusi satış qiymətlərinin tətbiqi
- Müəyyən məhsul vahidləri üçün PM tərəfindən təqdim edilən markup (MU) məlumatlarını sistemə daxil edir və unikal satış qiymətlərinin tətbiqini təmin edir.
Hesabatların hazırlanması
- Rəhbərlik tərəfindən tələb olunan hesabatları hazırlayır.
Satış hesabatlarının paylaşılması
- Bir əvvəlki gün üzrə satış hesabatını (Daily Sales Report) gündəlik olaraq rəhbərlik və mağazalarla paylaşır.
- Həftəlik iclaslar üçün həftəlik satış hesabatını (Weekly Report) hazırlayır.
Məsuliyyət sahəsi:
- Sifarişlərini məlumatları
- Hesabatlar
- Ödəniş məlumatları
Tələblər
Professional biliklər
- Satınalma / təchizat haqqında baza biliklər
- Maliyyə haqqında baza biliklər
- Səlis İngilis dili biliyi
- MS Office Programları
Təhsil
- Ali təhsil (İqtisadiyyat və ya Maliyyə ixtisaslarına üstünlük verilir)
İş təcrübəsi
- Satınalma / təchizat zənciri sahəsində ən az 1 il təcrübə
Professional bacarıq və səriştələr
- Biznes kommunikasiyası
- Zaman idarəetməsi
- Detal və nəticə yönümlü
- Analitik bacarıqlar
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
SOC 
Sinteks Group of Companies
Topdansatış və pərakəndə ticarət
Sinteks Şirkətlər Qrupu Qafqaz və Mərkəzi Asiya regionunda moda üzrə aparıcı pərakəndə satış qruplarından biridir. Şirkət premium, orta-yuxarı və kütləvi bazar seqmentlərini əhatə edən 100-dən çox…