Premium Residence Sea Breeze MEP Mühəndisi (Mexanika, Elektrik və Santexnika üzrə Mühəndis)
23 saat əvvəl yerləşdirilib Mənbə ↗
Kateqoriya Mühəndislik
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
"Premium Residence" komandası olaraq, möhtəşəm "Sea Breeze" layihəsi çərçivəsində binaların və kommunikasiya sistemlərinin (mərkəzləşdirilmiş havalandırma, isitmə-soyutma, elektrik, su təchizatı və yanğınsöndürmə) layihələndirilməsinə, sahədə quraşdırılmasına və texniki nəzarətinə rəhbərlik edəcək təcrübəli MEP Mühəndisi axtarışındayıq!
Əsas məlumatlar:
- Ünvan: Bakı, Sea Breeze layihə sahəsi
- Əməkhaqqı: 2000 - 2500 AZN (Namizədin bilik və təcrübəsinə uyğun olaraq)
- İş qrafiki: Tam iş günü
Sizin öhdəlikləriniz:
- Tikinti obyektlərində bütün MEP (mexanika, elektrik, santexnika, havalandırma, yanğın) sistemlərinin quraşdırılması işlərinə və keyfiyyətinə birbaşa nəzarət;
- MEP layihələrinin və çertyojlarının memarlıq və konstruksiya layihələri ilə üst-üstə düşməsini (kəsişməməsini) yoxlamaq və koordinasiya etmək;
- Podratçı və subpodratçıların gördüyü MEP işlərinin layihə sənədlərinə və dövlət standartlarına uyğunluğunu yoxlamaq;
- Materialların texniki göstəricilərini (Data Sheet) yoxlamaq, təsdiqləmək və sahədə düzgün tətbiqinə nəzarət etmək;
- MEP sistemlərinin sınaq (Testing & Commissioning) və təhvil-təslim proseslərində iştirak etmək.
Namizədə dair tələblər:
- Yaş həddi: 30 - 50 yaş
- Mexanika mühəndisliyi, Elektrik mühəndisliyi və ya müvafiq sahə üzrə ali təhsil;
- İrimiqyaslı yaşayış komplekslərinin və premium binaların daxili/xarici mühəndis kommunikasiya sistemlərinin tikintisində zəngin iş təcrübəsi;
- AutoCAD proqramını və mühəndis layihələrini mükəmməl səviyyədə bilmək;
- MEP avadanlıqları, müasir quraşdırma texnologiyaları və müvafiq tikinti norma və qaydaları (TNvQ) barədə dərin biliklər;
- Komandada işləmək, sahədə yaranan texniki çətinlikləri operativ həll etmək bacarığı.
Təcrübənizi əks etdirən CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Mövzu hissəsində mütləq "MEP Mühəndisi" qeyd edilməlidir.
PRS 

Premium Residence Sea Breeze