PRS Premium Residence Sea BreezePremium Residence Sea Breeze

MEP Mühəndisi (Mexanika, Elektrik və Santexnika üzrə Mühəndis)

Posted 23 h ago Source
Engineering
Monthly salary
₼2,000+
Application deadline
24 avqust 2026
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

"Premium Residence" komandası olaraq, möhtəşəm "Sea Breeze" layihəsi çərçivəsində binaların və kommunikasiya sistemlərinin (mərkəzləşdirilmiş havalandırma, isitmə-soyutma, elektrik, su təchizatı və yanğınsöndürmə) layihələndirilməsinə, sahədə quraşdırılmasına və texniki nəzarətinə rəhbərlik edəcək təcrübəli MEP Mühəndisi axtarışındayıq!

Əsas məlumatlar:

  • Ünvan: Bakı, Sea Breeze layihə sahəsi
  • Əməkhaqqı: 2000 - 2500 AZN (Namizədin bilik və təcrübəsinə uyğun olaraq)
  • İş qrafiki: Tam iş günü

Sizin öhdəlikləriniz:

  • Tikinti obyektlərində bütün MEP (mexanika, elektrik, santexnika, havalandırma, yanğın) sistemlərinin quraşdırılması işlərinə və keyfiyyətinə birbaşa nəzarət;
  • MEP layihələrinin və çertyojlarının memarlıq və konstruksiya layihələri ilə üst-üstə düşməsini (kəsişməməsini) yoxlamaq və koordinasiya etmək;
  • Podratçı və subpodratçıların gördüyü MEP işlərinin layihə sənədlərinə və dövlət standartlarına uyğunluğunu yoxlamaq;
  • Materialların texniki göstəricilərini (Data Sheet) yoxlamaq, təsdiqləmək və sahədə düzgün tətbiqinə nəzarət etmək;
  • MEP sistemlərinin sınaq (Testing & Commissioning) və təhvil-təslim proseslərində iştirak etmək.

Namizədə dair tələblər:

  • Yaş həddi: 30 - 50 yaş
  • Mexanika mühəndisliyi, Elektrik mühəndisliyi və ya müvafiq sahə üzrə ali təhsil;
  • İrimiqyaslı yaşayış komplekslərinin və premium binaların daxili/xarici mühəndis kommunikasiya sistemlərinin tikintisində zəngin iş təcrübəsi;
  • AutoCAD proqramını və mühəndis layihələrini mükəmməl səviyyədə bilmək;
  • MEP avadanlıqları, müasir quraşdırma texnologiyaları və müvafiq tikinti norma və qaydaları (TNvQ) barədə dərin biliklər;
  • Komandada işləmək, sahədə yaranan texniki çətinlikləri operativ həll etmək bacarığı.

Təcrübənizi əks etdirən CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Mövzu hissəsində mütləq "MEP Mühəndisi" qeyd edilməlidir.

PRS Premium Residence Sea Breeze
Premium Residence Sea Breeze

Similar jobs

See all
Apply