Azərbaycan Dəmir Yolları Mexanik (Gəncə)
İş rejimi Tam ştat Təcrübə 3–5 il Kateqoriya Mühəndislik
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Təsvir
- İş yerlərində materialların, ehtiyat hissələrinin, alətlərin saz vəziyyətdə saxlanmasını təmin etmək;
- İşçilərin xüsusi iş paltarlarından, ayaqqabılardan, mühafizə vasitələrindən istifadə etmələrini təmin etmək, xəstə və spirtli içkili halda olduqları zaman onları işə buraxmamaq;
- Əmək şəraiti zərərli olan işlərin əvvəlcədən hazırlanmış plan əsasında aparılmasına nəzarət etmək;
- Əməyin mühafizəsi və təhlükəsizlik texnikasına aid olan əmr və göstərişlərin işçilərə vaxtında çatdırılmasını təmin etmək, baş vermiş bədbəxt hadisələrin səbəblərini öyrənmək;
- İşin təhlükəsiz təşkilində olan çatışmazlıqlar haqqında işçilərin rəy və təkliflərini toplamaq, təhlil etmək və onların ləğv edilməsi üçün ölçü götürmək;
- Əmək şəraitinin yaxşılaşdırılması üçün tədbirlər planının vaxtında yerinə yetirilməsini təmin etmək;
- Xəsarət alanlar və xəstələr həkim məntəqəsinə çatdırılana qədər onlara ilk tibbi yardım göstərmək üçün sexləri lazım olan dərmanlar, sarğı materialları və digər tibbi avadanlıqla təmin etmək;
- İşin səmərəli təşkili üçün rəhbərliyə təkliflər vermək;
- Obyektlərin plakatlar, təhlükəsizlik nişanları, siqaret çəkmək üçün ayrılan yeri göstərən istiqamətvericilər ilə təmin olunması üçün məsələ qaldırmaq;
- Yanğınsöndürən avadanlıq və alətlərin həmişə yararlı və saz halda olmalarını təmin etmək.
Tələblər
- Müvafiq sahə üzrə ali təhsil;
- Peşəkar ehtiyatlılıq, planlaşdırma, nəticə yönümlülük, əlaqələndirmə bacarıqları.
ADY 

Azərbaycan Dəmir Yolları
Nəqliyyat və anbar təsərrüfatı
Azərbaycanda dəmir yolunun təməli hələ 1878-ci ildə qoyulmuş və inşası 20 yanvar 1880-ci ildə başa çatmışdır. O, uzunluğu cəmi 20 km olan Bakı-Sabunçu-Suraxanı dəmir yolundan ibarət olmuşdur. Həmin…