PC Prime CottonPrime Cotton

Mexanizasiya üzrə koordinator(Sabirabad)

Sabirabad 2 saat əvvəl yerləşdirilib Mənbə
Tam ştat 5 ildən çox Logistika
Aylıq maaş
Maaş göstərilməyib
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Təsvir

  • Filiallar üzrə texnoloji proseslərə hazırlıq məqsədilə ehtiyat hissələrinin siyahılarının hazırlanması, yoxlanması və təsdiqlənməsi;
  • Filialların illik və mövsümi əməliyyat planlarına uyğun olaraq texnika və aqreqatlar üçün ehtiyat hissələri üzrə toplum sifarişlərinin formalaşdırılması və təqdim edilməsi;
  • Toplum və adi sifarişlərin alış prosesinin izlənməsi, tədarük mərhələlərinin vaxtında tamamlanmasına nəzarət;
  • Alış prosesi yekunlaşdıqdan sonra alınan ehtiyat hissələrinin bölgü siyahılarının tərtib edilməsi və filiallara yönləndirilməsi;
  • Filiallarda mövcud olan emal texnikalarının işinin təşkili, texniki xidmət, təmir və servis proseslərinin koordinasiyası;
  • Üçüncü tərəf servis şirkətləri ilə əməkdaşlıq çərçivəsində təmir və texniki xidmət işlərinin düzgün icrasına nəzarət;
  • Filiallarda aparılan təmir proseslərinin operativ izlənməsi, ehtiyat hissələri üzrə daxil olan tələblərin texniki və iqtisadi baxımdan doğruluğunun yoxlanması;
  • Kombayn Təmir Mərkəzlərinin (KTM) fəaliyyətinin təşkilində iştirak etmək, təmir və texniki xidmət proseslərinin sənədləşdirilməsinə nəzarət;
  • Texnikaların mövsümi hazırlıq vəziyyətinə dair aylıq və rüblük hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
  • Ehtiyat hissələri üzrə anbar qalığı və dövriyyə məlumatlarının təhlili, təkmilləşdirmə üzrə təkliflərin hazırlanması;
  • Təmir və texniki xidmət proseslərində keyfiyyət standartlarının qorunmasına, texniki təhlükəsizlik və əməyin mühafizəsi tələblərinə riayət olunmasına nəzarət.

Tələblər

  • Ali texniki təhsil (mexanizasiya, aqrotexnologiya, mühəndislik və ya əlaqədar sahələr üzrə);
  • Minimum 8 il iş təcrübəsi, o cümlədən kənd təsərrüfatı texnikaları və mexanizasiya sahəsində rəhbər və ya koordinator vəzifəsində təcrübə üstünlükdür;
  • Ehtiyat hissələri, texniki xidmət və təmir prosesləri üzrə praktiki biliklər;
  • Analitik düşüncə və operativ qərarvermə bacarığı, texniki nasazlıqların səbəb-nəticə əlaqəsini təhlil edə bilmək;
  • Planlaşdırma və koordinasiya bacarığı, çoxşaxəli iş axınlarını eyni zamanda idarəetmə qabiliyyəti;
  • Komanda ilə işləmək, müxtəlif filial və bölmələrlə effektiv qarşılıqlı əlaqə qurmaq bacarığı;
  • Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı, texniki hesabatların hazırlanması bacarığı;
  • MS Office proqramlarında (xüsusilə Excel) sərbəst işləmək bacarığı;
  • Ezamiyyətlərə və filiallararası səyahətlərə hazır olmaq.
PC Prime Cotton
Prime Cotton
Emal sənayesi

Prime Cotton has more than 25 years of experience in Azerbaijan’s non-oil economy. We are growing, and stockpiling cotton in 15 out of 20 cotton cultivating regions of the country with further…

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et