Mikro və Biznes kreditləri mütəxəssisi (İsmayıllı)
20 saat əvvəl yerləşdirilib Mənbə ↗
Kateqoriya Maliyyə
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
BOKT “Caspian İnvest” MMC İsmayıllı filialına “Mikro və Biznes kreditləri mütəxəssisi” vəzifəsi üzrə vakansiya elan edir.
Tələblər:
- Ali təhsil (mühasibatlıq, maliyyə, iqtisadiyyat və ya müvafiq sahə üzrə üstünlük verilir)
- Mikro və ya biznes kreditləri sahəsində minimum 1 il iş təcrübəsi arzuolunandır;
- Satış və müştəri xidmətləri sahəsində bacarıq;
- Analitik və tənqidi düşünmə qabiliyyət
- Məsuliyyətli, təşəbbüskar və nəticə yönümlü iş prinsipi
- Microsoft Office proqramlarında (Word, Excel) sərbəst işləmə bacarığı;
- Fərdi və komanda tərkibində işləmə qabiliyyəti;
Vəzifə öhdəlikləri:
- Mikro və kiçik sahibkarlarla əməkdaşlıq qurmaq və kredit müraciətlərini qəbul etmək
- Biznes fəaliyyətinin yerində (obyektdə) təhlilini aparmaq
- Müştərinin maliyyə vəziyyətini və ödəmə qabiliyyətini qiymətləndirmək
- Kredit portfelinin idarə olunması və geri ödənişlərə nəzarət
- Müştərilərlə uzunmüddətli əməkdaşlıq münasibətlərinin formalaşdırılması
- Kredit sənədlərinin düzgün və tam tərtibini təmin etmək
İş şəraiti:
- İş rejimi: 6/1
- Ünvan: İsmayıllı rayonu
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
Biz təklif edirik:
- Rəqabətədavamlı əmək haqqı və bonus sistemi
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanı
- Rahat və dinamik iş mühiti
Göstərilən tələblərə cavab verən, namizədlərin CV-lərini “İsmayıllı filialı Mikro və Biznes kreditləri mütəxəssisi” başlığı ilə Müraciət et düyməsind əqeyd olunan elektron ünvanına göndərməkləri xahiş olunur.
Bu vakansiya digər saytlarda da var
Ishly bütün vakansiyaları bir yerə toplayır — hər saytı ayrıca yoxlamağa ehtiyac yoxdur.
CIB 
Caspian Invest BOKT
Maliyyə və sığorta fəaliyyəti