SuperToys mağazalar şəbəkəsi Mobiloqraf (Mobil Video Kontent Yaradıcı)
Vəzifə haqqında
Supertoys oyuncaq mağazaları şəbəkəsindən vakansiya: Mobiloqraf tələb olunur
Vəzifə öhdəlikləri:
– Mobil telefon vasitəsilə TikTok, Instagram Reels və digər platformalar üçün video kontentlərin çəkilməsi və hazırlanması;
– Gündəlik kontent ideyalarının həyata keçirilməsi;
– Məhsulların kreativ və cəlbedici formada təqdim edilməsi;
– Trend formatlara uyğun qısa video kontentlərin hazırlanması;
– Montaj və video redaktə işlərinin görülməsi;
– Video montaj və edit işlərinin təyin olunmuş deadlinelərə uyğun olaraq vaxtında hazırlanması və təhvil verilməsi;
– Kontent ideyalarının yaradıcı komandaya təqdim edilməsi;
– Kampaniya və endirimlərin video formatda təqdim olunması;
– Kontent yaradılmasında süni intellekt alətlərindən istifadə edərək ideya, ssenari və video optimizasiyasını həyata keçirmək.
Namizədlərə tələblər:
– Təhsil: Orta
– İş təcrübəsi: Müvafiq sahədə minimum 1 il təcrübə
– Yaş həddi: 18–40 arası namizədlər
– Mobil telefonla video çəkiliş bacarığı;
– TikTok və Reels trendləri haqqında bilik;
– Kreativ düşüncə və kontent ideyası yaratmaq bacarığı;
– CapCut və ya oxşar mobil montaj tətbiqlərindən istifadə bacarığı;
– AI texnologiyalarından istifadə edərək video montaj və kreativ kontent hazırlama bacarığı
– Sürətli işləmə və çevik adaptasiya qabiliyyəti;
– Aktiv və enerjili xarakter.
Əmək haqqı:
– Başlanğıc aylıq məvacib 900 manat təşkil edir
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Mobiloqraf” yazaraq [email protected] epoçt ünvanına ya da (055)220-23-72 whatsapp nömrəsinə göndərmələri xahiş olunur.
- Diqqət:
1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
3. Zəng üzərindən müraciətlər qəbul olunmur
4. Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil
