BBU Baku Business UniversityBaku Business University

Müəllim (“Dillər” kafedrası)

Bakı 1 saat əvvəl yerləşdirilib Mənbə
Tam ştat Təhsil
Aylıq maaş
Maaş göstərilməyib
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Vakansiyanın təsviri

Müəllim – 4 yer
Tədris ediləcək fənn: Xarici dildə işgüzar və akademik kommunikasiya – ingilis dili

Xüsusi tələblər

  • müvafiq sahə üzrə bakalavr və magistr ali təhsil dərəcələrinə malik olmaq;
  • ingilis dilinin tədrisi üzrə pedaqoji təcrübəyə malik olmaq;
  • ali təhsil müəssisəsində pedaqoji fəaliyyət təcrübəsinə malik olmaq üstünlükdür;
  • ingilis dilini minimum C1 səviyyəsində bilmək;
  • IELTS imtahanından minimum 7.0 bal və ya müvafiq TOEFL sertifikatlarından birinə malik olmaq;
  • dil tədrisi üzrə CELTA, TEFL, TESOL, TKT və ya digər müvafiq beynəlxalq sertifikatlardan ən azı birinə malik olmaq;
  • interaktiv və innovativ tədris metodlarını tətbiq etmək;
  • müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə bacarığına malik olmaq;
  • tələbəyönümlü tədris yanaşmalarını tətbiq etmək bacarığına malik olmaq.
  • Elmi dərəcə və ya elmi adın olması üstünlük hesab edilir.
Müsabiqədə iştirak etmək istəyən namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
  • Universitet rektorunun adına ərizə;
  • kadrlar uçotunun şəxsi vərəqəsi;
  • tərcümeyi-hal;
  • şəxsiyyət vəsiqəsinin surəti;
  • ali təhsil haqqında diplom və diploma əlavənin notarial qaydada təsdiq edilmiş surətləri;
  • elmi dərəcə və elmi ad haqqında sənədlərin notarial qaydada təsdiq edilmiş surətləri — mövcud olduqda;
  • əmək kitabçasının və ya əmək fəaliyyətini təsdiq edən digər sənədlərin surəti;
  • elmi və elmi-metodiki işlərin siyahısı — mövcud olduqda;
  • beynəlxalq dil və digər peşəkar sertifikatların surətləri — müvafiq vəzifə üzrə tələb olunduqda;
  • 3 × 4 sm ölçüdə fotoşəkil.
Sənədlərin qəbulu:
Namizədlərin sənədləri elanın dərc olunduğu tarixdən etibarən bir ay müddətində, şənbə, bazar və bayram günləri istisna olmaqla, saat 10:00-dan 17:00-dək Bakı Biznes Universitetinin Kadrlar şöbəsində qəbul edilir.
Tələblərə cavab verən namizədlər müsahibəyə və zərurət yarandığı halda nümunəvi dərsin keçirilməsinə dəvət edilə bilərlər.
Sənədləri tam təqdim etməyən və ya müəyyən edilmiş tələblərə cavab verməyən namizədlərin müraciətlərinə baxılmaya bilər.
Əlavə məlumat üçün Bakı Biznes Universitetinin Kadrlar şöbəsi ilə əlaqə saxlamaq mümkündür.

Müraciət etmək üçün: [email protected]
BBU Baku Business University
Baku Business University

Oxşar vakansiyalar

Hamısına bax