Müəllim (Rəqəmsal iqtisadiyyat və maliyyə texnologiyaları kafedrası)
İş rejimi Tam ştat Təcrübə 3–5 il Kateqoriya Təhsil
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Vakansiyanın təsviri
Azərbaycan Texniki Universitetinin (AzTU) 2026–2027-ci tədris ili üzrə Rəqəmsal iqtisadiyyat və maliyyə texnologiyaları kafedrasına aşağıda adları qeyd olunan fənlərin tədrisi üçün müəllim seçimi elan edilir:
Tədris olunacaq istiqamətlər və fənlər:
İqtisadiyyat ixtisası üzrə:
- İqtisadiyyata giriş
- Mikroiqtisadiyyat
- Makroiqtisadiyyat
- Rəqəmsal iqtisadiyyat
- Azərbaycan iqtisadiyyatı
- Bilik iqtisadiyyatı, firmanın iqtisadiyyatı
- Milli hesablar sistemi
- Regional iqtisadiyyat
- İqtisadi fikir tarixi
- İnkişaf iqtisadiyyatı
- Aqrar iqtisadiyyat
- Sosial sahələrin iqtisadiyyatı
- Əməyin iqtisadiyyatı
- Data analitika
Ekonometrika və statistika ixtisasları üzrə:
- Statistika
- Tətbiqi statistika
- Ekonometrika
- Zaman sıralarının təhlili
- Maliyyə istiqaməti üzrə:
- Maliyyə uçotu
- İdarəetmə uçotu
- Bank işi
- Vergitutma
Xüsusi tələblər
- Müvafiq ixtisas üzrə ali təhsil (Magistr təhsili);
- Müvafiq sahə üzrə elmi dərəcə və elmi ad üstünlükdür;
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Dil bilikləri: İngilis dilində sərbəst şəkildə ünsiyyət qurmaq, oxumaq və yazmaq bacarığı (rus dili və ya əlavə dil biliyi üstünlük olaraq qəbul ediləcək);
- MS Office, MS Access, MS Project proqramları üzrə biliklər;
- Azərbaycan Respublikasının “Təhsil haqqında” və “Elm haqqında” qanunları; Boloniya prosesi haqqında biliklər.
- Ali məktəb pedaqogikası, müasir təlim metodları və innovativ tədris texnologiyaları üzrə biliklər;
- İxtisasa uyğun İT proqramlarından, data analitika alətlərindən və müasir tədris platformalarından (LMS, MS Teams və s.) sərbəst istifadə bacarığı;
- Tədris planlarının və işçi proqramların hazırlanması və həyata keçirilməsi təcrübəsi;
- Elmi-tədqiqat, layihə və innovasiya fəaliyyətlərinin təşkili bacarığı;
- Tələbələrlə motivasiyaedici iş aparmaq, onların fərdi və peşəkar inkişafını dəstəkləmək bacarığı.
ATU 
Azərbaycan Texniki Universiteti