S SAMT LLCSAMT LLC

Mühafizəçi

23 saat əvvəl yerləşdirilib Mənbə
Mühafizə
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
30 iyul 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

İş yeri: Sumqayıt / Xızı

Əsas öhdəliklər:

  • Müəssisədə giriş-çıxış rejiminə nəzarət etmək və əraziyə yalnız səlahiyyətli şəxslərin daxil olmasını təmin etmək;
  • Növbənin təhvil-təslimi zamanı mühafizə olunan əraziyə baxış keçirmək və mövcud vəziyyəti yoxlamaq;
  • Təyin edilmiş ərazidə mütəmadi patrul xidməti həyata keçirmək, təhlükəsizlik risklərini aşkar etmək və operativ tədbirlər görmək;
  • Ziyarətçilərin, podratçıların, nəqliyyat vasitələrinin və materialların giriş-çıxışını qeydiyyata almaq;
  • Fövqəladə hallarda təhlükəsizlik prosedurlarına uyğun operativ reaksiya vermək və rəhbərliyi dərhal məlumatlandırmaq;
  • Növbə təhvil-təslim prosesini düzgün icra etmək və müvafiq qeydləri aparmaq.

Tələblər:

  • Tam orta təhsil;
  • Boy minimum bəy namizədlər 175 sm, xanım namizədlər 160 sm;
  • "B" kateqoriyalı sürücülük vəsiqəsinin olması üstünlük hesab olunur;
  • Təhlükəsizlik və ya mühafizə sahəsində minimum 1–3 il iş təcrübəsi (istehsalat və ya zavod mühitində təcrübəyə üstünlük verilir);
  • Fiziki təhlükəsizlik, giriş-çıxış rejimi və fövqəladə hallara operativ reaksiya üzrə praktiki təcrübə;
  • Fiziki hazırlıq normativlərini yerinə yetirmək bacarığı;
  • Giriş nəzarət sistemləri, CCTV və təhlükəsizlik prosedurları üzrə biliklər;
  • Diqqətlilik, məsuliyyətlilik, yüksək müşahidə qabiliyyəti və komanda ilə işləmək bacarığı.

Şirkət tərəfindən verilən imtiyazlar:

  • Nahar;
  • Könüllü tibbi sığorta;
  • Servis nəqliyyatı.

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Mühafizəçi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

S SAMT LLC
SAMT LLC
Emal sənayesi

SAMT LLC is a company aiming to manufacture high-quality products. The company plans to build its operations based on modern technologies and innovative approaches. With an experienced and…

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et