S
Aylıq maaş
₼1,000+
- Kateqoriya
- Maliyyə
Vəzifə haqqında
Vəzifə öhdəlikləri:
- Vergi, DSMF və Statistika orqanlarına təqdim edilən hesabatların hazırlanmasına dəstək;
- Vergi və digər dövlət orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
- Şirkətin gündəlik maliyyə əməliyyatlarının və prosedurlarının icra olunması
- Müqavilələrin redaktə edilməsi və düzəldilməsi, aktların, hesab fakturaların, protokolların və digər növ mühasibat sənədlərinin tərtib edilməsi
- Mühasibat sənədlərinin düzgün şəkildə saxlanılması və arxivləşdirilməsi;
- Müəssisədə yerinə yetirilən təsərrüfat əməliyyatlarının 1C (8.3) mühasibat proqramına işlənməsi.
- Kassa və bank əməliyyatlarının icrası;
- İşgüzar yazışmaların aparılması
- E-Qaimə fakturalarını vergi qanunvericiliyinə uyğun dəqiq işləmək bacarığı
- Elektron portallarda (e-taxes, e-gov, e-statistika və s.) hesabatların və əməliyyatların icrasını həyata keçirmək;
- Debitor və kreditor əməliyyatlarının uçotunun aparılması;
- Daxil olan elektron qaimə fakturaların doğruluğunu yoxlamaq. Xərclərə nəzarət
- Baş mühasibin tapşırıqlarının yerinə yetirilməsi.
- Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirilməsi;
- İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasının təmin edilməsi;
Namizədə tələblər:
- 1C (8.3) proqram təminatında mükəmməl bilik və təcrübə;
- MS Office proqramlarında, xüsusilə Excel-də yüksək səviyyəli bacarıqlar;
- Ali təhsilli (Maliyyə işi və mühasibatlıq)
- Mühasib vəzifəsində 1-2 ilədək iş ştajı
- Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti
- Məsuliyyətli, öyrənməyə cəhd edən, ünsiyyətcil, pozitiv, cəld, operativ olan və komanda ilə işləmə bacarığı
- Azərbaycan dilini səlis bilməli, Rus dili və İngilis dili arzuolunandır
- Vergi Məcəlləsi, mühasibat uçotu və hesabatlıq üzrə biliklər;
Üstünlüklər:
- ACCA üzrə ilkin biliklərin olması;
- PMS sertifikatı olması üstünlükdür
- İngilis və ya rus dili bilikləri;
- Excel bilikləri
İş şəraiti
- İş qrafiki: Tam ştat (6 gün-növbəli);
- Əmək haqqı: 1000 Azn
- Korporativ nömrə ilə təmin edilir.
- İş yeri: Bakı, Əhməd Rəcəbli küç.
- Komfortlu ofis şəraiti, mehriban komanda
Uyğun namizədlər CV-ni mövzu hissəsində “Mühasib” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.