Mühasib
18 saat əvvəl yerləşdirilib Mənbə ↗
Kateqoriya Maliyyə
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
“Libraff” MMC komandasına peşəkar və məsuliyyətli Mühasib axtarır.
Vəzifə öhdəlikləri
- Gündəlik maliyyə və mühasibat əməliyyatlarının uçotunun aparılması;
- İlkin mühasibat sənədlərinin hazırlanması, yoxlanılması və sistemə işlənməsi;
- Bank, kassa və hesablaşma əməliyyatlarının uçotunun aparılması;
- Elektron qaimə-fakturaların, hesab-fakturaların və digər maliyyə sənədlərinin işlənməsi;
- Debitor və kreditor borclarına nəzarət;
- Vergi, DSMF, statistika və digər rəsmi hesabatların hazırlanması və təqdim edilməsi;
- Mühasibat uçotunun qüvvədə olan qanunvericiliyə uyğun aparılmasının təmin edilməsi;
- Rəhbərlik üçün maliyyə hesabatlarının hazırlanması.
Namizədə tələblər
- Mühasibatlıq üzrə ali təhsil ;
- Mühasib vəzifəsində minimum 2 il iş təcrübəsi;
- 1C proqramı ilə iş təcrübəsi mütləqdir;
- Vergi Məcəlləsi və əmək qanunvericiliyi üzrə biliklər;
- MS Office proqramlarını, xüsusilə Excel-i yaxşı səviyyədə bilmək;
- Analitik düşünmə, yüksək məsuliyyət, dəqiqlik və operativlik;
- Komandada işləmək və effektiv ünsiyyət bacarığı.
İş şəraiti
- 5 günlük iş qrafiki;
- Peşəkar və dinamik iş mühiti;
- Karyera inkişafı imkanları;
- Əməkhaqqı müsahibə əsasında müəyyən ediləcək.
Qeyd olunan tələblərə cavab verən namizədlər CV formalarını mövzu hissəsində “Mühasib” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.
L 
Libraff
Topdansatış və pərakəndə ticarət
2017-ci ildə yaradılan “LIBRAFF” Azərbaycanda ən böyük modern kitab mağazaları şəbəkəsidir. “LIBRAFF” kitab mağazaları şəbəkəsinin Bakıda 5, Gəncədə isə 1 filialı fəaliyyət göstərir. “LIBRAFF”ın…