Falcon Finance Mühasib / Baş mühasib
20 saat əvvəl yerləşdirilib Mənbə ↗
Kateqoriya Maliyyə
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
BOKT Falcon Finance MMC Mühasib, Baş mühasib vəzifəsi üzrə vakansiya elan edir.
İş şəraiti
- Ərazi: Bakı
- Maaş: Müsahibə əsasında
Tələblər:
- Yaş: 20 — 35 yaş
- Ali təhsil (maliyyə və mühasibatlıq ixtisası üzrə olması əsasdır)
- Bank və ya BOKT-da işləmiş əməkdaş üstünlük veriləcək
- Cins: xanım namizəd
- İş təcrübəsi: minimum 1 il
- MS Office bilikləri;
- Komanda ilə işləmə bacarığı, ünsiyyətcil, gülərüz.
Vəzifə öhdəlikləri:
- Kreditor və Debitor hesabların tətbiqi və aylıq üzləşdirilmələrin aparılması.
- Əmək haqqının hesablanması, məzuniyyətin hesablanması, son haqq-hesab, əmək haqqı kartlarının sifarişi, ezamiyyə xərclərinin hesablanması, xəstəlik vərəqələrinin hesablanması və sistemə işlənilməsi.
- Kredit ödənişlərinin sistemə işlənilməsi.
- Vergi statistiki və BOKT hesabatlarının hazırlanması.
- Bütün Bank əməliyyatların icra edilməsi.
- Rəhbərliyin verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək.
- Gündəlik və aylıq hesabatların tərtib edilməsi.
İş qrafiki:
- 5 günlük iş rejimi
- İş saatı: 09:00 – 18:00
Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissəsində “Mühasib, Baş mühasib” qeyd etməklə yönləndirmələri xahiş olunur.
FF 

Falcon Finance
Maliyyə və sığorta fəaliyyəti
Bank Olmayan Kredit Təşkilatı "Falcon Finance” Məhdud Məsuliyyətli Cəmiyyəti "Falcon Finance” adı ilə 26.09.2013-cü il tarixli BKT-16 Saylı lisenziya əsasında fəaliyyətə başlayıb və öz fəaliyyətini…