AŞQ AQA Şirkətlər QrupuAQA Şirkətlər Qrupu

Mühasib (Təcrübəçi)

Bakı 21 saat əvvəl yerləşdirilib Mənbə
Tam ştat Təcrübəsiz Maliyyə
Aylıq maaş
Maaş göstərilməyib
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Təsvir

AQA Şirkətlər Qrupu "Mühasib (Təcrübəçi)" vakansiyasını elan edir.


Vəzifə öhdəlikləri:


  • Elektrik və digər kommunal xərclər üzrə hesablamaların hazırlanmasında iştirak etmək;
  • Debitor borcları üzrə məlumatların gündəlik uçotunun aparılmasında mühasibə dəstək olmaq;
  • Elektron qaimə-fakturaların və vergi sənədlərinin hazırlanması;
  • Giriş-çıxış sənədlərinin (hesab-faktura, akt, müqavilə və s.) sistemə daxil edilməsinə kömək etmək;
  • Debitor borcları üzrə hesabatların hazırlanmasında və yenilənməsində iştirak etmək;
  • Satış əməliyyatları üzrə müştəri qaimələrinin hazırlanmasında iştirak etmək;
  • Ödənişlərin izlənilməsi və müvafiq siyahıların hazırlanmasına dəstək göstərmək;
  • Mühasibatlıq sənədlərinin düzgün arxivləşdirilməsində iştirak etmək;
  • Baş mühasibin verdiyi tapşırıqların vaxtında və düzgün icrası;
  • Ehtiyac yarandıqda digər mühasibat əməliyyatlarına dəstək göstərilməsi.

Tələblər

  • Təhsil: Maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya müvafiq sahə üzrə ali təhsil (son kurs tələbələri və ya yeni məzunlar müraciət edə bilər);
  • 21-25 yaş aralığı;
  • ACCA F3 sertifikatının olması üstünlükdür;
  • İş təcrübəsi: Təcrübə tələb olunmur (üstünlükdür);
  • MS Office proqramları üzrə biliklər (xüsusilə Excel);
  • Yaxşı səviyyədə riyazi biliklər və analitik qabiliyyət;
  • Diqqətli, məsuliyyətli və intizamlı olmaq;
  • Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı.


Əlavə məlumat

  • 5 günlük iş qrafiki: 09:00 – 18:00;
  • Əmək haqqı: 400 AZN (gross).
  • Təcrübə müddətində strukturlaşdırılmış öyrənmə və peşəkar inkişaf üçün dəstəkləyici iş mühiti təmin edilir.
  • Təcrübə dövrünü uğurla tamamlayan namizədlər üçün daimi iş imkanı nəzərdə tutulur.
AŞQ AQA Şirkətlər Qrupu
AQA Şirkətlər Qrupu

1994 ildən “AQA Şirkətlər Qrupu” Azərbaycanın özəl sektorunda öz şərəfli yerini tutur. Yarandığı ilk gündən etibarən həm ölkə iqtisadiyyatına, həm də şirkətə böyük dəyər qatmışdır. Bütün bunların…

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et