1YV 166 Yükdaşıma və Logistika166 Yükdaşıma və Logistika

Mühasib

Bakı 6 gün əvvəl yerləşdirilib Mənbə
Tam ştat 1–3 il Maliyyə
Aylıq maaş
₼800 – 1,000
Son müraciət tarixi
13 avqust 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

166 Yükdaşıma və Logistika şirkətindən vakansiya: Mühasib tələb olunur

Vəzifə öhdəlikləri:
– Gündəlik maliyyə və mühasibat əməliyyatlarının uçotunu aparmaq;
– İlkin mühasibat sənədlərini hazırlamaq və yoxlamaq;
– Bank əməliyyatlarını və ödəniş tapşırıqlarını icra etmək;
– Vergi, DSMF və digər dövlət orqanlarına hesabatların hazırlanmasında iştirak etmək;
– Debitor və kreditor borclarına nəzarət etmək;
– Rəhbərlik tərəfindən tələb olunan maliyyə hesabatlarını hazırlamaq.

Namizədlərə tələblər:
– Təhsil: Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil;
– İş təcrübəsi: Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
– Cins: Bəy və Xanım namizədlər
– Azərbaycan Respublikasının vergi qanunvericiliyi üzrə biliklər;
– 1C (8.3) və MS Excel proqramlarında sərbəst işləmək bacarığı;
– Analitik düşünmə, məsuliyyətlilik və diqqətlilik.

İş şərtləri:
– İş qrafiki: 6 günlük iş həftəsi
– İş yeri: Hökməli qəsəbəsi

Əmək haqqı:
– Başlanğıc aylıq məvacib 800-1000 manat təşkil edir (Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat

Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Mühasib” yazaraq [email protected] epoçt ünvanına göndərmələri xahiş olunur.
- Diqqət:
1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
3. Zəng üzərindən müraciətlər qəbul olunmur
4. Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil



1YV 166 Yükdaşıma və Logistika
166 Yükdaşıma və Logistika
Nəqliyyat və anbar təsərrüfatı

2012-ci ildə fəaliyyətinə bir neçə yük maşını ilə başlayan “166 Yükdaşıma və Logistika” brendi hazırda yükdaşıma və logistika sahəsi üzrə ölkənin qabaqcıl şirkətlərindən biridir. Yüklərin daşınması…

Oxşar vakansiyalar

Hamısına bax