AFS Agha Financial Services MMCAgha Financial Services MMC

Mühasib-Operator

18 saat əvvəl yerləşdirilib Mənbə
Maliyyə
Aylıq maaş
₼500+
Son müraciət tarixi
5 avqust 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Agha Financial Services MMC mühasibatlıq, vergi, maliyyə və biznes konsultasiya xidmətləri sahəsində fəaliyyət göstərən peşəkar consulting şirkətidir.

Şirkətimizin genişlənən fəaliyyət istiqamətləri və artan müştəri portfeli ilə əlaqədar komandamıza məsuliyyətli və inkişaf yönümlü Mühasib-Operator tələb olunur.

Vəzifə öhdəlikləri

  • Gündəlik maliyyə əməliyyatlarının proqram təminatına işlənməsi 
  • Alış, satış və anbar sənədlərinin uçota alınması 
  • Elektron qaimə-faktura və hesab-fakturaların hazırlanması 
  • Bank və kassa əməliyyatlarının qeydiyyatı 
  • Debitor və kreditor hesablaşmalarının izlənməsi 
  • Mühasibat sənədlərinin sistemləşdirilməsi və arxivləşdirilməsi 
  • Vergi və maliyyə hesabatları üçün ilkin məlumatların hazırlanması 
  • Müştəri sənədlərinin düzgünlüyünün yoxlanılması 

Namizədə tələblər

  • Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat üzrə ali təhsil 
  • Mühasibatlıq sahəsində minimum 1 il iş təcrübəsi 
  • 1C proqramında işləmə bacarığı 
  • MS Excel proqramını əla səviyyədə bilməli 
  • Elektron vergi portalı və e-qaimə sistemi ilə işləmə təcrübəsi 
  • Analitik düşünmə qabiliyyəti 
  • Diqqətlilik və məsuliyyətlilik 
  • Komandada işləmək bacarığı 
  • Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti 

İş şəraiti

  • İş qrafiki: Həftə içi 5 iş günü 
  • İş saatı: 09:00 – 18:00 
  • Əmək haqqı: 500 AZN 
  • İş yeri: Bakı şəhəri 
  • Rəsmi əmək müqaviləsi 
  • Karyera və inkişaf imkanları 

Təklif edirik

  • Professional consulting mühitində çalışma imkanı 
  • Müxtəlif sahələr üzrə praktiki təcrübə 
  • Stabil və uzunmüddətli əməkdaşlıq 
  • Peşəkar inkişaf və təlim imkanları 
  • Korporativ iş mühiti və dəstəkləyici komanda 

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Mühasib-Operator” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

AFS Agha Financial Services MMC
Agha Financial Services MMC

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et