Mühasib-Xəzinədar
19 saat əvvəl yerləşdirilib Mənbə ↗
Kateqoriya Maliyyə
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Vəzifə öhdəlikləri
- Mədən hasilatı fəaliyyəti ilə bağlı maliyyə əməliyyatlarının mühasibat uçotunu aparmaq;
- İstehsal xərclərinin (amortizasiya, əməkhaqqı, yanacaq, texnika xidmətləri və digər xərclər daxil olmaqla) düzgün uçotunu təmin etmək;
- Vergi və statistika hesabatlarının hazırlanması və vaxtında təqdim olunması prosesində baş (və ya böyük) mühasibə dəstək göstərmək;
- Kontragentlərlə qarşılıqlı hesablaşmaların aparılması, izlənilməsi və müvafiq sənədləşməni həyata keçirmək;
- Bank ödənişlərini və digər maliyyə əməliyyatlarını icra etmək;
- Əməkhaqqı, ezamiyyə və digər işçi ödənişləri üzrə mühasibat əməliyyatlarını həyata keçirmək;
- Daxili və xarici audit proseslərinə dəstək göstərmək;
- Maliyyə əməliyyatlarının mədən sənayesinə aid qanunvericiliyin və dövlət tənzimləmələrinin tələblərinə uyğun aparılmasını təmin etmək;
- ERP və ya digər mühasibat proqramlarında maliyyə əməliyyatlarını düzgün və vaxtında əks etdirmək.
Tələblər
- Maliyyə, Mühasibatlıq və ya əlaqəli sahə üzrə ali təhsil;
- Minimum 1-2 il müvafiq iş təcrübəsi (mədən və ya hasilat sənayesində təcrübə üstünlük hesab olunur);
- Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Əmək Məcəlləsi, IFRS və digər müvafiq normativ aktlar üzrə biliklər;
- İstehsalat müəssisələrində maya dəyərinin hesablanması və analitik uçot üzrə bilik və bacarıqlar;
- ERP və ya digər mühasibat proqramları ilə işləmək bacarığı;
- Microsoft Excel proqramında sərbəst işləmək bacarığı (Pivot Table, hesabatların hazırlanması və digər funksiyalar);
- Analitik düşünmə, problem həll etmə və hesabatvermə bacarığı;
- Diqqətlilik, dəqiqlik və yüksək məsuliyyət hissi;
- Komandada işləmək və gərgin iş şəraitində effektiv qərar qəbul etmək bacarığı;
- Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;
- İngilis dili biliyi üstünlük hesab olunur;
- Məcburi köçkün namizədlərə üstünlük veriləcəkdir.
İş yeri və şəraiti
- İş yeri: Ağdərə Azərbaycan;
- İş qrafiki: Növbəli iş qrafiki;
- Yaşayış yeri: Şirkət tərəfindən təmin edilir.
Qeyd olunan tələblərə uyğun olan namizədlərdən CV-lərini mövzu hissəsində "Mühasib-Xəzinədar" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
AAI 
AIMC (Azerbaijan International Mining Company)
1998-ci ildə fəaliyyətə başlayan Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti Azərbaycanın ən böyük qızıl, mis və gümüş hasilatı şirkətlərindən biridir. Şirkət ölkə üzrə ümumi sahəsi 2 400…