PRS
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- Kateqoriya
- Mühəndislik
Vəzifə haqqında
Premium Residence komandamıza qoşulacaq Mühəndis axtarır.
Tikinti sahəsində peşəkar inkişaf etmək, məsuliyyətli və dinamik komandada çalışmaq istəyirsinizsə, sizi komandamızda görməkdən məmnun olarıq.
Vəzifə öhdəlikləri:
- Tikinti işlərinin layihəyə, texniki norma və standartlara uyğun icrasına nəzarət etmək;
- Görülən işlərin keyfiyyətinə və iş qrafikinə nəzarət etmək;
- Tikinti prosesində yaranan texniki məsələlərin operativ həllində iştirak etmək;
- Layihə sənədlərinin və texniki çertyojların təhlilini aparmaq;
- Podratçı və digər aidiyyəti tərəflərlə koordinasiyalı işləmək;
- Gündəlik görülən işlərlə bağlı hesabatların hazırlanmasında iştirak etmək.
Namizədə tələblər:
- İnşaat mühəndisliyi və ya müvafiq ixtisas üzrə ali təhsil;
- Müvafiq sahədə iş təcrübəsi;
- AutoCAD proqramında işləmək bacarığı;
- MS Office proqramlarını yaxşı səviyyədə bilmək;
- Tikinti norma və qaydaları barədə biliklər;
- Analitik düşünmə, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı.
İş şəraiti:
- Əmək haqqı və iş qrafiki müsahibə zamanı müzakirə olunacaq.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Əlaqə nömrəsi: +994513991981