Landau Education Group Müştəri xidmətləri və Ofis Koordinatoru - Admitt.io (Leznik & Co.)
İş rejimi Tam ştat Kateqoriya Müştəri xidməti
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Təsvir
- Daxil olan telefon zənglərini peşəkar şəkildə cavablandırmaq və aidiyyəti üzrə yönləndirmək;
- Müştəri sorğularını, müraciətlərini və şikayətlərini qəbul etmək və operativ həll etmək;
- Müştəri problemlərinin qeydiyyatını aparmaq, həll prosesini izləmək və vaxtında geri dönüş təmin etmək;
- Mürəkkəb halları zərurət yarandıqda aidiyyəti şəxslərə yönləndirmək;
- Müştəri ünsiyyətləri və müraciətləri üzrə dəqiq hesabat və qeydlər aparmaq;
- Ofisə gələn qonaqları qarşılamaq və onların yönləndirilməsini təmin etmək;
- Görüşlərin təşkili və təqvimlərin koordinasiyasında iştirak etmək;
- Ofis ləvazimatlarının və inzibati ehtiyacların idarə olunmasını təmin etmək;
- Elektron və fiziki sənədlərin sistemli şəkildə saxlanılmasını və arxivləşdirilməsini həyata keçirmək;
- Müştərilərlə təhsil məsləhətçiləri və digər şöbələr arasında koordinasiyanı təmin etmək;
- Daxili sorğuların və müraciətlərin icra vəziyyətini izləmək;
- Şirkət daxilində effektiv məlumat mübadiləsinin təşkilinə dəstək vermək.
Tələblər
- Müştəri xidməti, ofis meneceri və ya oxşar sahədə minimum 2 il iş təcrübəsi;
- Azərbaycan, İngilis və Rus dillərində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;
- Güclü təşkilatçılıq və vaxtın idarə olunması bacarığı;
- Eyni anda bir neçə işi effektiv şəkildə idarə etmək qabiliyyəti;
- Problemlərin həllinə yönümlü yanaşma və yüksək məsuliyyət hissi;
- Microsoft Office proqramlarında işləmək bacarığı;
- Peşəkar ünsiyyət və təqdimat bacarıqları;
- Nəzakətli və pozitiv ünsiyyət tərzi;
- Operativ qərarvermə və təşəbbüskarlıq;
- Komanda ilə işləmək bacarığı;
- Yüksək xidmət və müştəriyönümlü düşüncə tərzi.
Biz nə təklif edirik:
- İnkişaf etməkdə olan beynəlxalq mühitdə çalışma imkanı;
- Karyera yüksəlişi və peşəkar inkişaf perspektivləri;
- Performansa əsaslanan bonus sistemi;
- Rahat və dəstəkləyici iş mühiti;
- Təlim və inkişaf proqramlarında iştirak imkanı;
- Stabil əməkhaqqı və uzunmüddətli əməkdaşlıq perspektivi;
- İş yeri: Zabitlər parkı, daha sonra Ağ Şəhər;
- İş günləri: Bazar ertəsi – Cümə 10:00 – 18:00, Şənbə günü: 09:00 – 14:00.
LE 

Landau Education Group
Təhsil
Landau Education Group is a leading educational institution in Baku, Azerbaijan, dedicated to inspiring and guiding every student to become the best version of themselves. Our diverse portfolio…